"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sərhəd təxribatının ideyalar toplusu: Paşinyanın güvəndiyi dağlara qar yağdı

14 Sentyabr 2022 - 19:39
in GÜNDƏM

“Ermənistan hansı meyillərə və ya vədlərə arxalanaraq Azərbaycanla sərhədin Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində genişmiqyaslı hərbi təxribata əl atdı?
Erməni hiyləsini, xislətini, məkrini nəzərə alsaq, bu sual bir qədər ritorik səslənir. Ancaq yenə də gedişatların bir neçə hissəsinə nəzər yetirmək lazımdır”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov Feysbuk hesabında bildirib:

“Ermənistanın baş naziri Nikol Paşinyanın Vladivostokda Rusiya Prezidenti Vladimir Putinlə görüşü və daha sonra ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Rikerlə müzakirələri onun növbəti təxribatına rəvac verdi.
Görünür ki, Paşinyan ya aldadılıb, ya da görüşlərdən öz təxəyyülündə hansısa nəticələr çıxarıb.
Paşinyan öz komandası daxilində Azərbaycana münasibətdə yaranan fikir ayrılıqları səbəbilə ikibaşlı mövqedə dayanıb və sərhəd toqquşmaları da həmin ikili oyunların nəticəsi idi.
Paşinyan nostalji erməni şüuruna qapılaraq sülh danışıqlarına zərbə vuran açıqlamalar verirdi, gah Qarabağa status istəyir, bu istəkləri boğulduqdan sonra isə diplomatik manerasını dəyişərək Qarabağın hüquqi mübahisə məsələsi olduğunu bildirirdi və bu azmış kimi sərhədlərin delimitasiyasına dair də sürüşkən mövqedə dururdu.
Yəni Paşinyan Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların, Brüsseldə əldə olunmuş razılıqların icrasını, sərhədlərin delimitasiya prosesini yubadırdı və sülh gündəliyini ya naşılıqdan, ya da ki bilərəkdən sabotaj edirdi.
Bütün bunlar revanşist duyğuları süni şəkildə stimullaşdıran ideyalar toplusu rolunu oynadı. Ermənistandakı hakim qüvvələr özlərinin provokativ niyyətlərini Paşinyanın mövqeyinə calayaraq sərhəddə vəziyyəti İrəvanın xeyrinə dəyişdirməyə girişdilər.
Sentyabrın 12-dən 13-nə keçən gecə Kəlbəcər, Laçın və Daşkəsən istiqamətindəki hərbi eskalasiyanı qidalandıran Ermənistan idi.
Ona görə ki, Ermənistan sərhəd zolağında yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırırdı.
Azərbaycan sərhəddən Ermənistanın hərbi addımlarını diqqətlə izləyir və operativ vəziyyəti təhlil edərək növbəti hücum hazırlandığını görürdü.
Azərbaycan sərhəddə Ermənistanın silahlarının və qüvvələrinin həddən artıq cəmləşməsini regional sabitliyə xələl gətirən amil kimi nəzərdən keçirirdi.
Buna görə də Azərbaycan hərbi təxribatlara tutarlı və miqyasca daha geniş şəkildə cavab verərək regional təhlükəsizlik arxitekturasına təhdidləri aradan qaldırır.
Təhlükəsizliyin hərbi vasitələrlə təmini baş tutduqdan sonra beynəlxalq aləmdə Azərbaycana qarşı qərəz ifadə olunur.
Ona görə də indi rəsmi Bakı təhlükəsizliyin xarici siyasət alətləri ilə möhkəmlənməsi çağırışları ilə üzləşib, söz effektiv diplomatiyanın, siyasi gedişatları öz xeyrinə dəyişdirmək bacarıqlarının inkişaf etdirilməsindədir.
NƏTİCƏ:
Paşinyan nəyə arxalanmışdısa, xəyalları suya düşdü. Azərbaycan revanşist meyillərə hərbi güc tətbiqi ilə cavab verdiyini və verəcəyini bir daha nümayiş etdirdi.
Bundan sonra erməni ruhunda yenidən revanşizm olacaqsa, cavabı adekvat güc tətbiqi ilə veriləcək”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Ermənistan mütləq şəkildə cəzalandırılacaq!”-Əziz Əlibəyli

Next Post

Ceyhun Bayramovla Mirzoyanın görüşü planlaşdırılır

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Ceyhun Bayramovla Mirzoyanın görüşü planlaşdırılır

Ceyhun Bayramovla Mirzoyanın görüşü planlaşdırılır

Azərbaycan humanitar atəşkəs təklif edib

Azərbaycan humanitar atəşkəs təklif edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.