"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sərhəd toqquşması: Atəşkəsə Rusiya nail oldu, yoxsa ABŞ?

19 Sentyabr 2022 - 16:28
in SİYASƏT

“12-13 sentyabrda Azərbaycan-Ermənistan sərhədində baş verən genişmiqyaslı hərbi toqquşmaya hansı təşəbbüs “son qoydu”?
Yəni, ABŞ-mı yoxsa Rusiyamı atəşin dayandırılmasına nail oldu? Suala cavab tapmaq üçün xronoloji ardıcıllığa ümumi pəncərədən baxmaq lazımdır”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında söyləyib:

“Atəşkəslə bağlı hərbi-siyasi və iqtisadi müşküllər girdabında olan Ermənistan isə fərqli tezislər ortaya buraxır.
Hərçənd ki, Azərbaycan-Ermənistan hərbi eskalasiyasa başlayanda, Nikol Paşinyan telefonlardan asılı qalaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib atəşin dayandırılmasına nail olmaq istəyirdi.
İrəvanın məqsədlər həlqəsi KTMT vasitəsilə zəncir formalaşdırmaq, onu regiona gətirmək hiylələri ilə zəngin idi.
Ermənistan vaxtı saydı, saydı, lakin KTMT qoşun göndərmək üçün əsas olmadığını dilə gətirdi.
Lakin KTMT-nin lider dövləti Rusiya döyüşlərin getdiyi zamanda atəşkəs üçün təşəbbüslərdə önə çıxmağı bacarmışdı.
Rusiyanın vasitəçiliyi ilə ilkin razılaşma əldə edildi, ancaq Ermənistan buna əməl etmədi və Azərbaycanın bərqərar olduğu mövqeləri intensiv artilleriya atəşinə məruz qoydu.
Hərbi əməliyyatın ikinci fazasında da Azərbaycan adekvat tədbirlər görərək Ermənistan silahlı bölmələrinin digər atəş nöqtələrini də susdurmağı bacardı.
Vəziyyətin olduqca kritik olduğunu görən Ermənistan hərbi-siyasi komandanlığı məcbur qalıb atəşkəsə riayət etməyə məcbur qaldı, KTMT-dən rədd cavabı aldıqdan sonra isə İrəvan ABŞ tərəfə yıxılmağa başladı.
ABŞ-ın edə biləcəyi hər hansı yardıma bel bağlayan Ermənistan müstəsna bicliklə atəşkəsin əldə olunmasında Vaşinqtonun xüsusi roluna diqqət çəkdi.
Bu açıqlama Ermənistan parlamentinin spikeri Alen Simonyandan gəldi, ancaq onun yalan danışdığı gün kimi aydındır.
Təbii ki, ABŞ atəş səslərinin dayandırılmasına çalışırdı, onun belə təşəbbüslərini gözardı etmək sadəlövhlük olardı. Amma ABŞ-ın bu məntiqi Azərbaycanın tələblərinə cavab vermirdi.Qısası, bu məsələdə Vaşinqton Moskvaya uduzdu.
ABŞ ümumiyyətlə Rusiya ilə rəqabətin pikə çatdığı zamanda Cənubi Qafqazda nüfuz itkisinə məruz qaldı və bu itkilərini Ermənistana siyasi investisiya qoymaqla kompensasiya etmək istəyir.
ABŞ Qərb sisteminin bir orqanı olan Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki təşəbbüslərini də zədələyir.
Avropa İttifaqı ABŞ-Rusiya rəqabətinin Cənubi Qafqazda kəskinləşməsində tarazlayıcı mövqe rolunda idi və Azərbaycan-Ermənistan münasibətlərinin sülhlə yekunlaşmasına töhfələr verirdi.
İttifaqın bu duruşu Rusiyanı o qədər də narahat etmirdi, lakin sərhəddəki toqquşmalar fonunda ABŞ-ın sərgilədiyi birtərəfli mövqe Avropa Birliyi üçün də başağrısıdır”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Pelosi və onun kimi düşünənlər bilməlidir ki…”-Deputat

Next Post

İşə qəbul olunmaq istəyən müəllimlərin nəzərinə!

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
İşə qəbul olunmaq istəyən müəllimlərin nəzərinə!

İşə qəbul olunmaq istəyən müəllimlərin nəzərinə!

Qarabağda irəliləyişlər olacaq…

Qarabağda irəliləyişlər olacaq…

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.