"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sərhəddə növbəti hərbi əməliyyatlar qaçılmazdır

19 Oktyabr 2022 - 17:30
in MÖVQE

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

“Azərbaycanın Ermənistanla sərhədin Laçın, Kəlbəcər, Daşkəsən istiqamətlərində hərbi əməliyyatları bərpa etməsi üçün əsaslar yaranır”.

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:

“Ermənistandan son zamanlar sərgilənən mövqe, hərbi-siyasi dairələrin revanşist tutumu Azərbaycanı adekvat cavab tədbirləri görməyə vadar edə bilər.

Son günlər Ermənistan sərhəd zolağında Azərbaycan mövqelərini atəşə tutur, yəqin etmək mümkündür ki, Azərbaycan ordusu nəinki Laçın, Kəlbcəcər, Daşkəsən istiqamətindəki, eləcə də Tovuz, Gədəbəy, Qazax zonasına yönələn atəş nöqtələrini də susdurmaq qabiliyyətini nümayiş etdirəcək.

İndi ən çox gərginlik sərhədin Daşkəsən zolağında müşahidə edilməkdədir, hərbi cəhətlərlə bunun izahı odur ki, Azərbaycan hərbçiləri həmin istiqamətdə sürətli möhkəmlənmə işləri ilə yeni mövqelər qururlar.

İkinci bir cəhətə diqqət çəkməkdən ötrü isə sentyabrda sərhəddə baş verən genişmiqyaslı toqquşmaların nəticələrinə vurğu edilməlidir.

Azərbaycan rəsmi şəkildə hələ də sentyabr döyüşlərinin hansı ərazi nailiyyətləri ilə nəticələndiyini açıqlamayıb, bu, hərbi məzmunla o deməkdir ki, həmin ərazilərdəki bərkimə işləri tam yekunlaşmayıb və İrəvandan bufer zonaya dair təhlükəsizlik təminatları hələ də alınmayıb.

Oktyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi mövzusunda tvitlər atıb və bu məsələnin 10 Noyabr Bəyanatında təsbit olunmadığını bildirib.

Həqiqətən də, 10 Noyabr Bəyanatında “Zəngəzur dəhlizi” sözü yer almayıb, lakin Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin təmin edilməsi nəzərdə tutulur ki, bu da elə Zəngəzur vasitəsilə mümkündür.

Zəngəzur dəhlizi sənəddə ad olaraq keçmir, amma bəllidir ki, Azərbaycan Zəngəzur dəhlizi məntiqi ilə həmin bəndi (9-cu maddə) üçtərəfli bəyanatın mətninə daxil etdirib. Buna Rusiya da razılıq verib, üstəgəl Zəngəzur koridoru amili beynəlxalq konyunkturanın da nəzər nöqtəsində yer alır.

10 Noyabrda “Zəngəzur”un adbaad mətnə salınmaması elə həmin zamanda Paşinyanı xilas etmək məqsədi daşıyırdı, lakin Paşinyan sonradan bunu manipulyasiya vasitəsinə çevirdi və həmin şakərini yenə də göstərir.

Hər halda, Paşinyanın dəhlizə dair hərdəmxəyal açıqlamaları Azərbaycana güc tətbiqi üçün arqumentlər verir və Bakı bu işdə üçtərəfli bəyanatın tərəflərindən olan Rusiyanın da məsuliyyətini xatırlatmaq haqqına sahibdir.

Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı quru əlaqəsinin dəhliz məntiqi ilə təmin edilməsi beynəlxalq oyunçuların da marağında olduğundan Bakının, Türkiyənin strateji müttəfiqlik dəstəyi ilə koridoru açmaq tələblərinə qarşı prinsipial qlobal dirəniş yoxdur.

İran isə sadəcə iqtisadi habın sərhəd dəyişikliyi ilə yekunlaşmasını istəmir ki, bu da prinsipial bir hədd sayıla bilməz.

Azərbaycan Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmasına reaksiya olaraq hərbi təmayülləri göstərsə, ortaya çıxa biləcək siyasi gərginliklər tablosu ABŞ-Rusiya qarşıdurması kimi rənglənəcək.

Yəni, məsələ qlobal güclərin Azərbaycanın yarada biləcəyi nəticələrdə nə qədər pay sahibi olmaq uğrundakı yarışından gedir, yoxsa, Fransanı çıxmaq şərtilə nə ABŞ, nə Britaniya, nə Rusiya, nə də Çin Azərbaycana qarşıdır.

Fransanın mövqeyi isə daha çox Rusiyanın maraqlarına işləyir, hərçənd ki, Paris buna Moskva ilə gərgin münasibətlər fonu verməyə çalışır.

Hər nə olursa-olsun, ya zəlzələdən, ya da vəlvələdən Azərbaycan beynəlxalq konyunkturadakı qeyri-stabillik səbəbindən özünün sərhəd təhlükəsizliyini təmin etməyə məcburdur.

Gələcək risklərdən sığortalanmaq və Ermənistanı onun xarici havadarlarının qucağında durmaqdan cəsarətlənib təxribatlar törətməməsi üçün Azərbaycanın yeni əməliyyatlar keçirəcəyi ehtimalları çoxalır”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BDU-nun tələbəsi öldü

Next Post

İlham Əliyev və xanımı Zəngilana getdi

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
İlham Əliyev və xanımı Zəngilana getdi

İlham Əliyev və xanımı Zəngilana getdi

Bu rayonlarımıza qar yağdı

Bu rayonlarımıza qar yağdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.