"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sərhəddə “təhlükəsiz zona”: Bakının strateji planı nədir?

13 Sentyabr 2022 - 18:08
in SİYASƏT

“Məlumatlara görə, sərhəddə gərginliyin aradan qaldırılması üçün Bakının əsas təkliflərindən biri “Azərbaycan sərhədlərinin yaxınlığında təhlükəsiz zonanın yaradılmasıdır” “.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı FB hesabında qeyd edib:

“Burada strateji hədəflər var və hələ sərhəddə ilk toqquşmalar başlayanda – Qaragöl məsələsində bu haqda yazırdıq:

  1. Qarabağı de-fakto da daxili məsələmizə çevirmək üçün gərginlik Azərbaycanın daxilindən sərhədə köçürülür;
  2. Rusiyanı Qarabağdan çıxarmağın yollarından biri sərhəddə rusların iştirak edəcəyi “bufer zonanın” yaradılması ola bilər.

Çünki rus qoşunlarını Qarabağdan çıxarmağın iki mümkün yolu ola bilər:

Birincisi, Rusiyanın tamamilə zəifləməsini gözləmək: Ukrayna müharibəsi belə gözləntiləri yaratsa da, soyuq analiz bu perspektivin çətinliyini də ortaya qoyur;
İkincisi, 30 il ərzində Qarabağ münaqişəsindən Bakı və İrəvana təsir rıçağı, həm də bölgədəki mövqelərini saxlamaq üçün istifadə edən Rusiyaya bölgədə “mövcud olacağı yer” verilə bilər: mümkün seçim sərhəddir;

Çünki:

  • Moskva anlayır ki, 30 il ərzində bölgədə təsir rıçağı olaraq istifadə etdiyi Qarabağ məsələsi bitib və bundan yalnız yaxın perspektiv üçün istifadə edə bilər;
  • Moskva anlayır ki, Bakı Qarabağa “status” verməyəcək, altına imza atdığı üçtərəfli razılaşmanı icra etməlidir, rus sülhməramlılarının 5 ildən sonra bölgədə qalması sual altındadır: hətta növbəti beş il ərzində qalmağı bacarsalar belə, ki, bu da çətindir, Azərbaycanın daxilindən çıxacaq;

Və qoşunlarını sərhədə çıxarmaqla həm bölgədə uzunmüddətli təsir rıçağı əldə edir, həm Bakı-İrəvan xəttində davamlı oyunçuya çevrilir, həm Ermənistanın “mərkəzdənqaçma meylləri”ni neytrallaşdırır, həm də ABŞ, Aİ və İranın girməyə çalışdığı Zəngəzur bölgəsində – müharibədən sonra bu bölgənin strateji əhəmiyyəti böyükdür – mövcudluğunu gücləndirir.

Bakı bununla iki hədəfə nail olmağı hesablayır:

  • Rus qoşunlarının Qarabağdan – Azərbaycan daxilindən çıxarılması imkanını gücləndirir;
  • Sərhədin delimitasiyasının SSRİ xəritələri ilə müəyyən edilməsində Moskvanın dəstəyini artırır: Paşinyanın Nüvədi kəndinin adını çəkməsi təsadüfi deyildi, mümkündür ki, bu istiqamətdə strateji nöqtələrə nəzarət məsələsi aktuallaşıb və bu, həm də kommunikasiyanın 10 noyabr razılaşmasına uyğun – Zəngəzurun “dəhliz” məntiqi ilə açılması – həlli baxımından bölgədəki əsas oyunçuların – Türkiyə və Rusiyanın da marağındadır;

Burada əsas məqamlardan biri də “təhlükəsiz zona”nın hansı ərazilərdə yaradıla biləcəyidir: Bakı hazırki sərhədləri boyunca ərazi vermir, istisna deyil ki, söhbət SSRİ dövründə Ermənistana müxtəlif adlar altında “bağışlanan” ərazilərin delimitasiya ilə qaytarılmasından sonra Ermənistan-Azərbaycan sərhədləri boyunca zolaqdan gedir;

Mümkündür ki, bu məsələ danışıqlarda aktuallaşacaq”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Güclü külək əsəcək, yağış yağacaq – Xəbərdarlıq

Next Post

İlham Əliyev AYİB-in prezidentini qəbul etdi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
İlham Əliyev sərgi ilə tanış oldu – Yenilənib

İlham Əliyev AYİB-in prezidentini qəbul etdi

Fransız tarixçidən ermənipərəst ABŞ konqresmeninə cavab

Fransız tarixçidən ermənipərəst ABŞ konqresmeninə cavab

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.