"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sərkisyan Əliyevdən qabaq Obama ilə görüşə can atır – günün manşeti

04 May 2015 - 14:43
in MANŞET

Sərkisyan Əliyevdən qabaq Obama ilə görüşə can atır - günün manşeti

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Düşmən ölkə rəhbərindən hiyləgər may gedişi; Bu həftə ABŞ-a yollanacaq Ermənistan prezidenti Ağ Ev başçısı ilə “soyqırım” mərasimi bəhanəsi ilə təmasa cəhd edəcək; işğalçı ölkə başçısı səfərdə daha bir neçə hədəf güdür; Amerika prezidenti fransalı həmkarı Olland kimi erməni tələsinə düşəcəkmi? (manset)

Ermənistan prezidenti Serj Sərkisyan bu həftə ABŞ-a gedəcək. Səfərin məqsədinə və detallarına toxunan erməni qəzeti “Aykakan Jamanak”ın yazdığına görə, qarşıdakı ziyarət çərçivəsində Sərkisyanın ABŞ prezidenti Barak Obama ilə görüşü də istisna deyil.

“Bizim məlumatımıza görə, prezident Barak Obamaya Vaşiqntonda ”soyqırımın” 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak üçün dəvət göndərilib. Tədbirlər 7-9 may tarixində baş tutacaq. Obama dəvəti sayacaqmı? Hələlik bu suala cavab yoxdur”, – qeyd edib nəşr. 
Qəzet eyni mənbəyə istinadla daha sonra səfər zamanı Sərkisyanın rəsmi görüşlərinin planlaşdırılmadığını yazıb: “Həqiqətən də Serj Sərkisyan Amerikaya əsasən erməni icması ilə münasibətləri qaydaya salmaq və Ermənistana bəzi maliyyə və sərmayə axınını təmin etmək üçün gedir”, – əlavə edib “Aykakan Jamanak”.
Bu yerdə bildirək ki, ABŞ-dakı erməni diasporu ilə Sərkisyan rejimi arasında münasibətlər gerçəkdən də soyuqdur. Bu da ilk növbədə lobbinin Ermənistana zaman-zaman göstərdiyi maliyyə dəstəyinin iqtidar tərəfindən korrupsiya yolu ilə mənimsənilməsi ittihamları ilə əlaqədardır.
Korrupsiya faktları barədə vaxtaşırı erməni mətbuatı da yazıb. Hətta buna etiraz olaraq Amerikada erməni əsilli fəallar son illərdə ianə toplanışına etiraz olaraq aksiyalar keçiriblər. Ancaq şübhə yox ki, Sərkisyanın Amerika ziyarətində əsas hədəflərdən biri və birincisi prezident Obama ilə heç olmasa, 1-2 dəqiqəlik təmas şərəfinə nail olmaqdır.
*    *    *
Bəllidir ki, saxta genosidin 100 illiyində ABŞ prezidenti “soyqırım” sözünü işlətməməklə, aprelin 24-də İrəvana ən aşağı ranqlı nümayəndə heyəti göndərməkə (mərasimdə ABŞ-ı maliyyə naziri təmsil edib) Sərkisyan daxil, bütün erməniləri ciddi şəkildə məyus edib, az qala şoka salıb. Ən önəmlisi, saxta genosid təbliğatına, bu iddianın dünya tərəfindən tanınması imkanlarına Obama sarsıdıcı zərbə vurub.
Bu mənada belə bir görüş düşmən ölkə başçısına özünü “formaya salmaq”, həmçinin gərgin münasibətlərdə olduğu diaspor və erməni xalqı qarşısında öz sifətini bərpa eləmək şansı yaradardı. Ən önəmlisi, Ağ Ev rəhbəri ilə cəmi bir neçə dəqiqəlik təmas ona Azərbaycan və Türkiyə prezidentləri qarşısında psixoloji, mənəvi-siyasi dividend qazandırmış olardı.
Bəs Obama görüşə gələcəkmi? Bu yerdə yada salaq ki, Parisdə erməni lobbisinin təşkil elədiyi analoji tədbirə Fransa prezidenti Fransua Olland diasporun dəvətini məmnuniyyətlə qəbul edərək şəxsən təşrif buyurmuşdu. Üstəlik, Olland aprelin 24-də Ermənistan paytaxtında oldu.
Amerikanın erməni lobbisi də, şübhə yox ki, Obamanın heç olmasa, analoji mərasimə qatılmasına nail olmaqla ən əvvəl Azərbaycan və Türkiyə qarşısında özünü “bir addım öndə” göstərmək, iki qardaş ölkəni xoşagəlməz fakt qarşısında qoymaq niyyəti güdür.
*    *    *
 
 
Sərkisyanın qarşıdakı səfəri ilə bağlı bir mühüm detala da toxunmaq lazım gəlir. Məsələ ondadır ki, Barak Obama hakimiyyəti dövründə nə Azərbaycan, nə də Ermənistan prezidentlərini Ağ Evə dəvət eləməyib. Bu fakt hətta amerikalı analitiklərin də diqqətindən yayınmayıb. ABŞ-ın Minsk Qrupundakı keçmiş həmsədri, Azərbaycandakı sabiq səfir Metyu Brayza isə ötən il rəsmi Vaşinqtonun bu yanaşmasını ciddi tənqid edərək bildirmişdi ki, Amerika lideri və dövlət katibi Con Kerri Qarabağ danışıqlarında irəliləyiş əldə olunması naminə öz səlahiyyətlərindən istifadə edib sülh prosesinə şəxsən qoşulmalı, bu təşəbbüs çərçivəsində iki ölkənin başçıları Vaşinqtona dəvət edilməlidir.
“Vaşinqton Qarabağ problemi ilə kifayət qədər maraqlanmır. ABŞ rəhbərliyi sülh danışıqlarında dönüş yaratmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinə siyasi dəstəyə dair təminat verməli, vaxtilə prezident Dmitri Medvedevin etdiyi kimi, vaxtaşırı Əliyev və Sarkisyanla birbaşa görüş keçirməlidir. Obama bu münaqişənin ABŞ üçün əhəmiyyətli olduğunu nümayiş etdirməlidir”, – vurğulamışdı Brayza.
*    *    *
İstisna deyil ki, Sərkisyan qeyri-formal atmosferdə də olsa Ağ Ev sahibi ilə bir araya gəlmək, onunla görüntülənib dünya fotoqrafları önündə şəkil çəkdirməklə həm tilsimi Ermənistanın xeyrinə qırmağa, həm də və ən önəmlisi, azərbaycanlı həmkarı İlham Əliyevi qabaqlamağa çalışır. Alınacaqmı? Barak Obama Fransua Olland kimi erməni lobbisinin və Sərksiyanın hiyləgərcəsinə qurduqları tələyə düşəcəkmi?
Bir neçə gün gözləyək.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Təhlükəsiz iş aylığı”

Next Post

14 İŞİD üzvü öldürüldü…

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

14 İŞİD üzvü öldürüldü...

"Qarabağ" supertransferə hazırlaşır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.