"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sərkisyan hakimiyyətinin sonu

28 Fevral 2015 - 10:15
in CƏMİYYƏT MANŞET

Rasim Musabəyov: “Hakimiyyət artıq heç nəyin qarşısında çəkinən deyil…”img1578218

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Böhranlı günlərini yaşayan işğalçı Ermənistanda Sərkisyan hakimiyyəti əleyhinə etirazlar da artır. Ermənistanın “Müəssislər məclisi” hərəkatı əhalini hakimiyyətə tabe olmamağa çağırıb. Bu barədə hərəkatın koordinatoru, Qarabağ müharibəsi “veteranı”, xüsusi “Şuşa batalyonu”nun komandiri Jirayr Sefilyanın yaydığı bəyanatda bildirilir.

 
O, əhaliyə fevralın 27-dən əhalini yol hərəkəti cərimələrini ödəməməyə çağırıb. “Sirr deyil ki, bu vəsaitlərin böyük hissəsi büdcəyə getmir və cinayətkar-oliqarxiya sisteminin əlinə keçir. Buna görə də biz bu yolla rejimə bizi qarət etməyə imkan verməyəcəyik, həm də onu xeyli nağd vəsaitdən məhrum edəcəyik. Cəriməni ödəmək əvəzinə, qanunun verdiyi imkandan yararlanaraq ödənişi yarım il təxirə salmağa çağırırıq. Aprelin 24-də isə biz küçələrə çıxacağıq və bu rejimi yıxmağa imkan verən proses başlayacaq”, – deyə Sefilyan bildirib. (ANS) 
Sefilyanın bəyanatından belə görünür ki, artıq Ermənistanda uydurma soyqırım əfsanəsinə və Dağlıq Qarabağı Ermənistana birləşdirməyi nəzərdə tutan “miatsum” hərəkatına inanmayan bir nəsil yaranıb. Onları ayılaraq həqiqəti görməyə Sefilyan kimilərin yaşadığı peşmançılıq vadar edib.
Bu arada Ermənistanda erməni qızlarını kartofa bənzədən kənd təsərrüfatı naziri Serqo Karapetyana da etirazlar baş qaldırıb. Onun bu bənzətməsi İrəvanda böyük narazılığa səbəb olub. Fevralın 24-də Şirak vilayətində fermerlərlə görüşən Karapetyan belə demişdi: “Kartof erməni qızı kimidir. Birinci istəyən şəxsə vermək lazımdır”.
Aksiyaya çıxan onlarla insan hökumət evinin qarşısında toplaşaraq məmurdan qadınlardan üzr istəməsini tələb edib. Onların əlində “Nazir, kartoşka ilə qızı ayıra bilmirsən?”, “Nazir, sizin uşaqlar da kartofdan doğulublar”, “Ermənistan qızlarından üzr istəməyi tələb edirik”, “Kartoşka sənsən” yazılan plakatlar tutublar. Bundan sonra erməni nazir ölkəsinin qadınlarından üzr istəyib. O deyib ki, anlaşılmazlıq yaranıb və heç kimi təhqir etmək fikrində olmayıb.
İşğalçı ölkədə yaranmış gərginlik məhz Sərkisyanın dinc aksiyaçılara divan tutduğu 1 mart ərəfəsinə təsadüf edir. Bu mənada hesab olunur ki, qanlı mart hadisələrinin ildönümü ərəfəsində növbəti etirazlar baş qaldıra bilər. Lakin Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Ermənistanda hakimiyyət dəyişikliyinin baş verəcəyini güman etmir:““Çiçəklənən Ermənistan”ın sədri bir az atılıb-düşdü, ancaq Sərkisyan onun qazını azaltdı. Hiss olunur ki, Sərkisyan özü planlaşdırdığı şəkildə konstitusiya dəyişikliyi edib prezidentin səlahiyyətlərini azaltmaq və Gürcüstandakı kimi parlament tipli respublikaya keçmək istəyir. O, ya spiker olacaq, ya da hakim partiyanın sədri kimi parlament çoxluğuna rəhbərlik edəcək”. 
Musabəyov bildirir ki, indiki vəziyyət 2008-ci ildən tam fərqlidir: “O zaman Ter-Petrosyanın revanş təhlükəsi var idi. Ancaq indi o amil də neytrallaşıb. Onda iqtisadiyyat yüksələn xətlə gedirdi. İndi Sərkisyan gözəl bilir ki, böhranlı vəziyyətdə olan Ermənistanda kimsə hakimiyyətə gəlsə, onda onun yaxın ətrafının boğazından yapışıb qazandıqlarını alacaq. Ona görə də hakimiyyəti əldən vermək niyyətində deyil. Üstəlik, Sərkisyan Köçəryanın hakimiyyətə qayıtmağına imkan vermək istəmir.  Unutmayaq ki, onu Rusiya da dəstəkləyir”.
Bununla belə, Musabəypv xalq üsyanını da istisna etmir: “Ola bilər hansısa fors-major vəziyyətdə Sərkisyanın planları pozulsun. Lakin hakimiyyət artıq heç nəyin qarşısında çəkinən deyil. Ermənistan üçün getdikcə çətin vəziyyət yaranır, daxildə vəziyyət gərginləşir”. Ekspert düşmən ölkədəki hakimiyyət dəyişikliyinin Qarabağ məsələsinin həllinə təkan verəcəyini düşünmür: “Rusiya özü zəiflədiyi halda imkanımız olacaq ki, Ermənistanı yerində oturdaq. Orda heç bir hakimiyyət dəyişikliyi Qarabağ məsələsinin tənzimlənməsinə müsbət heç nə vəd etmir. Gözləmək ki, normal adam hakimiyyətə gələcək və münaqişənin həllində konstruktiv yol tutulacaq, bu, mümkün deyil”. 
Cavid TURAN
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Boris Nemtsov öldürüldü – CANLI YAYIM, FOTOLAR

Next Post

Obama: “Nemtsovun fəaliyyəti məni heyran edirdi” – VİDEO

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Obama: “Nemtsovun fəaliyyəti məni heyran edirdi” - VİDEO

Neft bahalaşdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.