
Bakının Sabunçu-Zabrat yolunda ölümlə nəticələnən ağır qəzasının bəzi detalları bəlli oldu.
ANS PRESS-in məlumatına görə, qəzada toqquşanlar 214 saylı “Daewoo” markalı marşrut avtobusu və “Shacman” markalı yük avtomobildir.
İlkin məlumata əsasən 2 nəfər hadisə yerində ölüb, bir neçə nəfər xəsarət alıb.
Toqquşanın zərbəsindən “Shacman”ın sürücüsü avtomobilin kabinasında sıxılmış vəziyyətdə qalıb. Onu cəsədini hadisə yerinə cəlb edilmiş FHN xilasediciləri çıxararıblar.
Faktla bağlı araşdırmalar aparılır. Ölən və yaralananların kimliyi araşdırılır.
***
Bu gün Sabunçu-Zabrat yolunda dəhşətli qəza baş verib
Hadisə şahidi İlkin Həsənlinin ANS PRESS-ə verdiyi məlumata görə, təxminən yarım saat əvvəl “KamAZ” və sərnişin avtobusu toqquşub.
Qəza nəticəsində ölən və yaralananlar var.
Şahidin sözlərinə görə, bir neçə təcili tibbi yardım maşınları və Fövqəladə Hallar Nazirliyinin işçiləri hadisə yerindədirlər.
Ölən və yaralananların sayı, qəzanın baş vermə səbəbi haqqında hələlik heç bir məlumat yoxdur.








