Sərnişin avtobusu körpüyə ilişdi

>

Bu gün səhər saatlarında Bakının 28 May küçəsində sərnişin avtobusu körpüyə ilişib.

Bunu da oxuyun

Elchi.az “Report”a istinadən xəbər verir ki, nəticədə “Səməd Vurğun” bağı istiqamətinə gedən yolda tıxac yaranıb.

Belə ki, sərnişin avtobusu 3,5 metr hündürlükdən artıq nəqliyyat vasitələrinin keçməsinin qadağan olunduğu yerdən keçmək istəyib. Bu zaman avtobusun arxa tərəfi körpüyə ilişib.

Avtobus bir müddət hərəkətsiz qaldıqdan sonra geriyə hərəkət etməklə oradan çıxarılıb. Bundan sonra yolda hərəkət bərpa olunub.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728