
Ermənistanda keçirilən seçkilərdə bülletenlərin 88% hesablanıb.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. Hazırda 2009 məntəqədən 1807-nin protokolları MSK-ya daxil olub.
İlk yeri səslərin 49,06%-ni toplayan Respublika partiyası tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,58 %) qərarlaşıb. Bülletenlərin 88%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,69% səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,61%) qabaqlayıb.
Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir.
Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan polisinə 176 məlumat daxil olub.
***
(08:49)
Ermənistanda keçirilən seçkilərin ilkin nəticələrinə görə parlamentə 4 partiya və blok keçir.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. Hazırda 2009 məntəqədən 1501-nin protokolları MSK-ya daxil olub.
İlk yeri səslərin 49,32%-ni toplayan Respublika partiyası tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,67 %) qərarlaşıb. Bülletenlərin 64%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,39% səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,74%) qabaqlayıb.
Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan polisinə 176 məlumat daxil olub.
***
(05:00)
Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərində hakim partiya qalib gəlir.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. İndiyə qədər 506 məntəqədən protokollar MSK-ya daxil olub.
İlk yeri səslərin 59,12%-ni toplayan Respublika partiyası tutur. İkinci yerdə, əvvəlki kimi, “Tsarukyan” bloku (26 %), üçüncü pillədə isə “Daşnaksutyun” partiyası (7,36%) qərarlaşıb.
Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. (APA)



