Bildirilib ki, 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyi planlaşdıran Səudiyyə Ərəbistanı namizədlikdən imtina edib.
Elchi.az xəbər verir ki, İspaniyanın “Marca” qəzetinin xəbərinə görə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan Əl Səud, 2030-cu il Dünya Çempionatı üçün ortaq namizədliyi planlaşdırdıqları Yunanıstan və Misirlə əlaqə saxlayıb və İspaniya-Portuqaliya və Mərakeşin birgə kampaniyasının namizədlik üçün çox daha güclü olduğunu ifadə edib.
Səudiyyə Ərəbistanı 2030 FIFA Dünya Çempionatını təmin etmək üçün dünyaca məşhur futbol əfsanələrini ölkəyə gətirməyi planlaşdırırdı və bu çərçivədə dövlət klublara 20 milyard avroluq transfer büdcəsi ayırıb.
Bu kontekstdə Kriştiano Ronaldo, Kərim Benzema və Nqolo Kante kimi adlar ölkə futboluna gətirildi.
2030-cu il dünya çempionatının keçiriləcəyi yer 2024-cü ilin sentyabrında müəyyənləşəcək.
Nuranə Məmmədova




