Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Taif şəhərində qəfil yağan güclü yağış səbəbindən həyat dayanıb.
Yollarda yığılan buzların təmizlənməsi üçün qruplar ayrılarkən, vətəndaşlardan mənfi hava şəraitinə qarşı diqqətli olmaları xahiş olunub.
Səudiyyə Ərəbistanı qış aylarında təsirli olan şiddətli yağışlar səbəbindən dəfələrlə sel və daşqınlarla mübarizə aparıb.
Bölgədən gələn görüntülər iqlim böhranının dərinləşməsinin və gələcəkdə qlobal miqyasda baş verə biləcək mənfi təsirlərin xəbərçisidir.


Nuranə Məmmədova




