Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi şənbə günü bir bəyanat yayaraq, İsrail qüvvələrinin fələstinli mülki əhalinin həyatını təhdid edə biləcək hər hansı quru əməliyyatlarını pisləyib.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Krallıq İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi quru əməliyyatlarını pisləyir və qardaş fələstinlilərimizə qarşı beynəlxalq hüququn bu açıq və əsassız pozuntularını davam etdirmək təhlükəsi barədə xəbərdarlıq edir”, – deyə bəyanatda bildirilir.
Nuranə Məmmədova






