Neft bazarında zəiflik davam etdiyi üçün Səudiyyə Ərəbistanı fevral ayında bütün bölgələrdə alıcılar üçün əsas xam neft qiymətlərini azaldacaq.
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanı bazarda davam edən zəiflik səbəbindən fevral ayı üçün əsas Asiya bazarı da daxil olmaqla, bütün regionlarda alıcılar üçün əsas xam neft qiymətlərini azaldacaq.
Dövlət istehsalçısı “Saudi Aramco” Asiyaya ixrac etdiyi neftin benchmark qiymətini 2 dollar azaldaraq, barel üçün 1,50 dollara endirib. Bu azalma bir barel üçün 1,25 dollar azalma ilə bağlı bazar gözləntilərini üstələdi.
Aramco həmçinin Şimal-Qərbi Avropa, Aralıq dənizi və Şimali Amerikaya fevral ayı çatdırılması üçün bütün qiymətləri endirdi.
Nuranə Məmmədova






