"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Səudiyyə kralının ölümü nefti bahalaşdırdı

23 Yanvar 2015 - 19:44
in DÜNYA

img1730245Ekspertlər bildirirlər ki, bahalaşma müvəqqətidir və neftin qiyməti yenə düşəcək

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Səudiyyə Ərəbistanı kralı Abdullahın ölüm xəbərindən sonra neftin qiyməti qalxıb. Birjada bu artımın 2 faiz olduğu göstərilir.
Beləliklə, ABŞ-da WTI markalı neftinin qiymətinin 1 bareli 2,38 artaraq, 47,41 dollar təşkil edib. Brent markalı xam neftin də bir barelinin qiymətində göstəricilər dəyişərək, 48,52 dollar olub.
“Kral Abdallahın ölümü qısamüddətli perspektivdə neftin qiymətlərdə qeyri-müəyyənliyi və dəyişkənliyi artıracaq”, – deyə “Blumberg” agentliyinə Sanford C.Bernstein & Co analitiki Neil Beveridge bildirib.
Bəzi analitiklər bazarın yeni kralın bazarda neftin çox olması ilə əlaqədar siyasətinə dair qeyri-müəyyən vəziyyətdə olduğunu bildirirlər. Digər analitiklər ehtimal edirlər ki, yaxın günlərdə bazarlar yeni kralın – 1995-ci ildən ölkənin neft naziri olan Əli Əl-Nəiminin vəzifədə qalacağına diqqət edəcəklər.
Belə ki, “Arabia Monitor”un baş iqtisadçısı Florence Eid-Oakden agentliyə bəyan edib ki, hazırkı neft naziri ölkədə məşhur və hörmət edilən şəxsdir. O, bütün nazirlər kabineti dəyişməyənə qədər vəzifəsində qalacaq.
Qeyd edək ki, əksər ekspertlərin fikrincə, kralın ölümü, həmçinin yeni kral neft siyasətində əhəmiyyətli bir dəyişikliyə səbəb olmayacaq. Yəni istehsal azaldılmayacaq. Ancaq qeyri-müəyyənlik bir müddət davam edəcək.
Ekspert Samir Əliyevin sözlərinə görə isə, əslində bir tərəfdən avronun birdən-birə ucuzlaşması və nəticədə dollara tələbatın artması bahalaşmaya gətirib, çıxarmalı idi: “Nəticədə dollar ucuzlaşdı, neft isə ucuzlaşmalı olsa da, kralın ölümü səbəbindən bu, baş vermədi. Əslində bu addımlardan sonra neftin ucuzlaşması baş verməli idi. Ancaq Səudiyyə kralının ölümü neftin ucuzlaşmasına imkan vermədi, neft bahalaşdı. Bahalaşma kralın ölümü ilə bağlıdır və müvəqqəti xarakter daşıyır. Bir müddətdən sonra neftin ucuzlaşmasını yenidən müşahidə edəcəyik. Məsələ ondan ibarətdir ki, neftin qiyməti hazırda dibə qədər düşüb. Mənə elə gəlir ki, bir müddət neft indiki səviyyədə qalacaq, yəni bir barrelin qiyməti 45-55 arasında oynayacaq”.
Qeyd edək ki, uzun müddət ərzində neftin qiymətinin düşməsində Səudiyyə Ərəbistanı da səbəbkar olaraq göstərilirdi. Roubini Global Economics qrupunun rəhbəri Nuriel Rubini hesab edir ki, Səudiyyə Ərəbistanı neft qiymətlərinin azalmasına geopolitik deyil, iqtisadi səbəblər üzündən kömək edir.
“Onlar (Səudiyyə Ərəbistanı) oliqopoliyanın tipik lideri kimi davranırlar. Qiymətləri bir müddət aşağıda saxlamaqla, bazardan az rentabelli istehsalçıları – şist neft hasilatçılarını və Venesuelanı süpürüb, atırlar. Bu müddət ərzində hasilata sərmayələr təbii olaraq, azalır. Bir müddət üçün aşağı neft qiymətləri davam edir, lakin sonra qiymətlər artır və Səudiyyə Ərəbistanın bazarda daha çox payı olur. Bu ölkə üçün aşağı neft qiymətləri geopolitik deyil, iqtisadi məsələdir”,- deyə Rubini Davos forumunun plenar iclasında bildirib.
Beynəlxalq enerji agentliyinin baş iqtisadçısı Fateh Birol isə Davos forumunda bildirib ki, bir barrel neft üçün 45 dollar qiyməti müvəqqəti haldır.
“İlin ikinci yarısında biz neftin qiymətlərinin artmasını görəcəyik. Ona görə də mən hesab edirəm ki, bir barrel üçün 45 dollar müvəqqəti fenomendir”,- deyə BEA-nin baş iqtisadçısı bildirib.
Ancaq o, 2015-ci ilin sonunda bir barel neftin neçə dollar olacağını proqnozlaşdırmayıb.
Bununla belə, o, qeyd edib ki, BEA-nin məlumatına görə, 2015-ci ildə neft sənayesinə yatırılan sərmayələr 100 milyard və ya illik 15 faiz azalacaq.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Daxili işlər naziri Ramil Usubov əməliyyat müşavirəsi keçirib

Next Post

Ruslar Putinin xətrinə az yeməyə də hazırdır

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Ruslar Putinin xətrinə az yeməyə də hazırdır

ABŞ Özbəkistana zirehli texnika verəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.