"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Şəxsən şahid olacaqsınız ki…” – Əli Həsənov

29 Aprel 2015 - 10:55
in SEÇMƏ XƏBƏRLƏR

III Qlobal Bakı Forumu çərçivəsində “Barış-Kompromisin əldə olunması” mövzusunda panel iclası keçirilib. Diasporla İş Üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın moderatorluğu ilə keçən iclasda münaqişə tərəfləri arasında sülhün əldə olunması, ekstremizmdən yayınmağın yolları müzakirə edilib. 

Dünyada baş verən münaqişələrin qeyri-leqal iqtisadiyyatın “inkişafı”na səbəb olduğunu deyən Əfqanıstanın sabiq Prezidenti Həmid Kərzayi bildirib ki, münaqişələrə, qeyri-sabitliyin və təhlükəsizliyin pozulmasına həm daxili, həm də kənar amillər təsir edir.

Bosniya və Herseqovinanın Baş nazirinin müavini, xarici işlər naziri, sabiq hökumət başçısı Zlatko Lagumdzija isə barışın bir model olmadığını, onun insanlığı qoruyan tavan və fundamental bir məsələ olduğunu qeyd edib.

Panel müzakirələrdə Azərbaycan Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da çıxış edib. O, müasir münaqişələrin həlli, onların arasındakı ziddiyyətlər, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. O, müasir münaqişələrin həlli, mövcud ziddiyyətlərlə bağlı fikirlərini bölüşüb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə ətraflı məlumat verib.

1992-1993-cü illərdə BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmasına dair dörd qətnamə qəbul etdiyini xatırladan Əli Həsənov qarşı tərəfin indiyədək bu qətnamələrin heç birinə məhəl qoymadığını və Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini diqqətə çatdırıb.

“Siz burada olduğunuz günlərdə şəxsən şahid olacaqsınız ki, Azərbaycan sözün həqiqi mənasında müasir dünyada etnik tolerantlığın, dinlər və millətlərarası birgə yaşayış normalarının ən gözəl nümunələrini ortaya qoyub. Bu gün Azərbaycan sivilizasiyaların kəsişdiyi, İslamla xristianlığın sərhədlərinin birləşdiyi bir məkan olaraq, hər iki sivilizasiyaya geniş meydan verib. Azərbaycanda bu sahədə həyata keçirilən siyasət bütün dünyada təqdir olunur”,- deyə Prezidentin köməkçisi əlavə edib. Diqqətə çatdırıb ki, Azərbaycandan tam fərqli olaraq, Ermənistanda milli və dini dözümsüzlük hökm sürür. Son 20 il ərzində oradan 250 minə qədər azərbaycanlı və digər xalqların nümayəndələri qovulub. Bütün bunların diqqətdən kənarda qalması nəticə etibarı ilə arzuolunmaz president yaradıb.

 

Bunu da oxuyun

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Moskva Qarabağı Türkiyəyə təklif edir – Ruslar erməniləri güzəştə məcbur edəcək ( Erməni mediası)

Next Post

“The Washington Times”: ABŞ Azərbaycana münasibətdə fərqli mövqe tutmamalıdır

Bənzər yazılar

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

19 Fevral 2024 - 20:25

COP29 konfransı qlobal iqlim müzakirələrinin ön sıralarında uşaqlara və gənclərə yer verilməsi baxımından Azərbaycanın aparıcı rol oynaması üçün xüsusi fürsət...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

29 Avqust 2021 - 23:58

Əli Əliyevin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı irəli sürdüyü ittihamlara BAXCP sədrinin müavini Əli Həziquliyev Xalq Cəbhəsi.az saytında cavab...

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

26 Avqust 2021 - 11:48

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Elchi.az saytının baş redaktoru Əli Həziquliyevin Publika.az-a müsahibəsi: - Əli bəy, Əli Həsənovun intim...

Next Post

“The Washington Times”: ABŞ Azərbaycana münasibətdə fərqli mövqe tutmamalıdır

“İttihamlar əsassızdır” - Pənah Hüseyn

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.