Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib ki, Rusiya vətəndaşlarının ölkə ərazisində əldə etdikləri daşınmaz əmlakı milli təhlükəsizlik baxımından məcburi şəkildə almaq lazımdır.
Elchi.az bu barədə Newsgeorgia.ge portalına istinadən xəbər verir.
Qeyd olunub ki, Saakaşvili bu sözləri məhkəmə iclasında söyləyib. Onun fikrincə, gec-tez Gürcüstanda hakimiyyət dəyişəcək və o zaman rusların kütləvi şəkildə daşınmaz əmlak almasının nəticələrini öyrənmək lazım gələcək.
“Rusların əksəriyyətinin psixi korreksiyası mümkün deyil. O adamlar Gürcüstan üçün yüksək təhlükə mənbəyidir… Hökumət dəyişən kimi ruslara mənzilləri satmaq üçün bir il vaxt verilməlidir”.
O, vurğulayıb ki, dövlət mənzillərin və torpaq sahələrinin alınması üçün dəstək proqramı yaratmalıdır ki, xaricdə yaşayan Gürcüstan vətəndaşları onları ala bilsin.
“Gürcülərin geri qayıtması üçün proqram yaratmalıyıq… Gürcüstanda rusların uzun gələcəyi yoxdur”, – deyə siyasətçi bildirib.
Yeganə






