"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Saakaşvilini Nyu-York bazarında avaraların arasında görüblər – (Fotolar)

23 Sentyabr 2014 - 17:15
in XƏBƏR LENTİ

Gürcüstanın keçmiş prezidenti, ölkəsinin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən Mixail Saakaşvilini Nyu-Yorkun Bruklin kvartalındakı ərzaq yarmarkasında görüblər.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Virtualaz.org saytı xəbər verir ki, “The New York Times” qəzetinin əməkdaşı Ceyson Xorovits ayağına rəngbərəng krossovka geyinmiş Saakaşvili dərin “razrezli” yubkalar, kombinezonlar geyinmiş qadınların və tatuirovkalı avaraların arasında dolaşarkən müşayiət edib. Saakaşvili bazarda özünə təzə kokos qozu alıb.

“Mənim dostum, Birləşmiş Ərəb Əmirliklərinin ən iri şeyxlərindən biri Gürcüstana 20 min ədəd palma ağacı bağışlamışdı. Şəxsi hədiyyə kimi” – deyə Saakaşvili həsədlə bildirib.

Jurnalist yazır ki, Saakaşvili Nyu-Yorkun 7-ci Şimal küçəsində könüllü sürgündə məskunlaşıb.

“O, hakimiyyətə triumfial qayıdış haqda xəyallar qurur. Baxmayaraq ki, onun sürətli çöküşü Saakaşvilinin keçmiş sovet respublikalarına nümunəvi demokratiya ixracatçısı olacağına ümid edən amerikalı məmurların necə yanıldığına bariz nümunədir” – deyə C.Xorovits yazıb.

Məqalədə bildirilir ki, Saakaşvili Nyu-Yorkun “sirli mənşəli sərvətlərə” malik şəxslərin yaşadığı sahilyanı Uilyamsburq rayonunda, dayısının evində məskunlaşıb. Boş vaxtlarında o, kafelərdə oturur, velosipedlə körpünün üstündə gəzir, “Wythe” otelinin damında dostları ilə subayların axşamlarında görüşür.

Qalan vaxtlarında isə o, Ukrayna münaqişəsi ilə məşğul olur və Putinin qəzəbini üzərinə çəkərək yenidən siyasi əhəmiyyətli fiqur kimi qalmağa çalışır.

“Bu, Putinin sonudur” – deyə Saakaşvili Rusiyanın Ukraynaya müdaxiləsini qiymətləndirir.

Saakaşvili bu sözləri deyəndə Ukrayna prezidenti Pyotr Poroşenko Vaşinqtonda prezident Barak Obama ilə görüşürdü. Lakin Saakaşvili onu da deyir ki, Ukrayna münaqişəsi onun özünün düşünülməmiş qərarlar verən siyasi lider imicini yenidən qiymətləndirməyə imkan yaradır.

Qəzet yazır ki, Saakaşvili Gürcüstanda populyarlığını itirib, prokurorluq isə ona qarşı insan haqlarının pozulması və dövlət vəsaitlərinin mənimsənilməsi ittihamları ilə cinayət işi qaldırıb. Saakaşvili deyir ki, prokurorluq işçiləri onun düşməni Bdzina İvanişvilinin marionetkalarıdır.

“Saakaşvilinin bir sıra tənqidçiləri də razılaşırlar ki, Gürcüstanın indiki hökuməti heç də Saakaşvilinin özündən az olmayan qisasçı hisslərlə yaşayır” – jurnalist bildirir.

Məqalədə bildirilir ki, hazırda Saakaşvili memuarlar yazmaqla, nitqlərlə çıxış etməklə məşğuldur. Onun çıxışlarına görə “çox yaxşı məbləğlər” ödənilir. Həmçinin Saakaşvili Vaşinqtonda hansısa analitik mərkəz yaradır və özünün keçmişdəki qatı tərəfdarlarını, məsələn, senator Con Makkeyni, dövlət katibinin müavini Viktoriya Nulandı tez-tez ziyarət edir. Ona ABŞ-da işləmək hüququ verən viza da ayırıblar.

Saakaşvili evinin terrasında Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, general Devid Petreusu qəbul edib. Ayın sonlarında isə Fransanın eks-prezidenti, yenidən hakimiyyətə qayıtmaq planları quran Nikola Sarkozinin səfərini gözləyir.

Hazırda Saakaşvilinin xanımı və kiçik oğlu Tiflisdədir, böyük oğlu Eduard isə Pensilvaniyada kollecdə oxuyur. Bu ilin may ayında Taft Universiteti M.Saakaşvili ilə müqaviləni uzatmaqdan imtina edib.

Qəzet yazır ki, Saakaşvili vaxtilə oxuduğu Kolumbiya Universitetində vəzifə almaq istəmədiyini deyir. Ancaq onun keçmiş müəllimlərindən biri deyir ki, Saakaşvilinin tanışları universitetin hüquq məktəbində ona iş xahiş etmişdilər.

Məktəbin rəhbərliyi isə ona iş verməyə ehtiyat edib. Belə ki, Saakaşvilinin beynəlxalq məhkəməyə verilə biləcəyindən ehtiyat ediblər, həmçinin onun özünü aparması ilə bağlı narahatlıq da olub.

Saakaşvili deyir ki, vətənində ona qarşı irəli sürülən ittihamlar ancaq bir şeydən xəbər verir: o, siyasi xarakterli “əcinnə ovu” ilə üzləşib.

“Əgər postsovet ölkəsində 9 il hakimiyyətdə olan adamla bağlı varlanmaq, korrupsiya ilə bağlı heç nə tapa bilmirlərsə, mən bununla qürur duya bilərəm” – o bildirir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda evdən qaçan məktəbli qıza kütləvi şəkildə təcavüz etdilər

Next Post

Artur Rasizadə 2015-ci ilin dövlət büdcəsinin müzakirəsini keçirdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Artur Rasizadə 2015-ci ilin dövlət büdcəsinin müzakirəsini keçirdi

AŞPA prezidenti İlyas İsmayılovun sərt suallarından yayındı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.