Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşviliyə qarşı yeni
ittihamlar irəli sürüb.
ittihamlar irəli sürüb.Saakaşvili 2005-ci ildə deputat Valeri Gelaşvilinin öldürülməsini təşkil etməkdə ittiham olunur.
İyulun 28-də isə Saakaşvili hakimiyyətdən sui-istifadədə ittiham olunmuşdu. O, həmçinin “İmedi” televiziyasını ələ keçirməkdə, 2007-ci ildə Tiflisdə hökumət əleyhinə nümayişləri zorla dağıtmaqda ittiham olunur.
Avqustun 1-də məhkəmə Saakaşvilini qiyabi həbs edib. Hazırda ABŞ-da olan Saakaşvili ittihamları rədd edir (azadliq.org).



