“Baqramyan 26”nın məlumatına görə, Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində bu gün Qarabağdakı separatçı rejimin üç keçmiş “prezidenti” və “hökumət üzvləri” Ermənistana keçə bilib.
Elchi.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan mərkəzi hakimiyyətinin heç bir açıqlaması yoxdur.
Böyük ehtimalla, söhbət Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyandan, eləcə də Vitali Balasanyandan gedir. Yeni “prezident” Şahramanyan danışıqlarda pərdəarxası sima olaraq, Xankəndidə qalır.
Məlumata görə, bu simalar Xankəndi və ətraf bölgələrin mərkəzi hakimiyyətin problemsiz nəzarəti altına keçməsi, silahlı dəstələrin tərk-silah olunması və ən əsası, Ruben Vardanyanın və daha 3 “generalın” həbs olunması prosesində Bakı ilə gizli əməkdaşılıq ediblər.
Onların yeganə xahişi Qarabağı problemsiz tərk etmək olub.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...





