
Sabah ölkə ərazisində yağıntılı hava gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 12-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da fevralın 12-də hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcək. Qərb küləyi bəzi rayonlarda yağıntılarda qısa fasilələr olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.



