Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı da var.
Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-27° isti, Bakıda isə gecə 19-21° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az xəbər...





