"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sabiq baş prokurorun istefasına YAP-dan reaksiya

20 Sentyabr 2017 - 08:56
in XƏBƏR LENTİ
Əli Ömərov partiyada saya sayılmadığından şikayətlənib

Sabiq baş prokuror Əli Ömərov hakim Yeni Azərbaycan Partiyasının üzvlüyündən istefa verdiyini bəyan edib. Bu barədə Əli Ömərov qısa bəyanat yayıb. Bəyanatda bildirib ki, 2014-cü ildən üzvü olduğu YAP-da ona laqeyd münasibət sərgilənib. Ona görə də partiyada qalmağı məqsədəuyğun saymır: “Son vaxtlar bir çox insanlar, o cümlədən jurnalistlər mənə YAP-daki fəaliyyətimlə bağlı suallarla müraciət edirlər. Həmin insanlara cavab olaraq bildirirəm ki, YAP-da fəaliyyət göstərən bir sıra rəhbər işçilər Heydər Əliyev tərəfdarlarına, o cümlədən mənə qarşı qərəzli münasibət göstərdiklərinə görə YAP üzvlüyündə davam etməyi məqsədəmüvafiq bilmədim. Partiya sıralarından istefa etməyim barədə partiya sədri möhtərəm İlham Əliyevə aşağıdakı məzmunda ərizə ilə müraciət etdim”.

Əli Ömərov bildirib ki, 2014-cü ilin noyabrında YAP sıralarına daxil olmaq üçün ona yüksək səviyyədən təklif olubmuş: “Mənə gələn təklif əsasında bir zamanlar azsaylı cəsarətli insanlarla birgə yaradılmasında əməyi olanlardan biri kimi böyük məmnuniyyət hissi ilə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan YAP-a daxil oldum. Lakin daxil olduğum gündən bu günə kimi partiyanın ictimai-siyasi həyatında iştirakım təmin olunmamış, partiyanın keçirdiyi heç bir tədbirə, yığıncağa dəvət olunmamışam. Bununla da mənim partiya üzvlüyüm formal xarakter daşıyıb. Belə bir vəziyyətdə mənim bir nəfərlik partiya üzvü yerini formal olaraq tutmağım bir məna kəsb etmir”.

Əli Ömərov yazdığı istefa ərizəsinin surətini də mediaya yayıb.

Əli Ömərovun istefa verməsi və qeyd etdikləri ilə bağlı YAP icra katibinin müavini Siyavuş Novruzovla əlaqə saxladıq. Siyavuş Novruzov “Yeni Müsavat”a bildirdi ki, bu tip məsələlərlə partiyanın rayon təşkilatları məşğul olur, Əli Ömərovun istefa verib-verməməsi ilə bağlı  məlumatı yoxdur.

Qeyd edək ki, Əli Ömərov 2013-cü ildə siyasi səhnədə aktivləşmişdi. Həmin vaxtlar onun müxalifət mövqeyində Milli Şuranın rəhbərliyinə daxil olan şəxslərlə, Rüstəm İbrahimbəyovun yaratdığı Ziyalılar Forumu ilə yaxınlaşdığı müşahidə edilirdi. O zamankı müsahibələrində də sabiq baş prokurorun müxalif mövqeyə meylləndiyi açıq görünürdü. Seçkiöncəsi Əli Ömərov onu ölümlə təhdid edənlərin olduğunu bəyan etmiş və hüquq-mühafizə orqanlarına təhlükəsizliyinin qorunması üçün müraciətlər ünvanlamışdı. Lakin 2103-cü il prezident seçkilərində sözügedən siyasi qüvvələr məğlubiyyətə uğradıqdan və hakimiyyətlə düşmən vəziyyətinə gəldikdən sonra Əli Ömərov onlardan uzaqlaşmağa başladı və nəhayət, 2014-cü ildə YAP-a üzvlük üçün müraciət etdi. Onun müraciətinə qısa müddətdə müsbət cavab verilmişdi.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident İlham Əliyev və xanımı BMT-nin baş qərargahında ümumi müzakirələrin açılışında iştirak ediblər (FOTO)

Next Post

Qapalı məkanlarda siqaretin ardınca sulu qəlyan qadağası – Qanun layihəsinə dəyişiklik

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Qapalı məkanlarda siqaretin ardınca sulu qəlyan qadağası - Qanun layihəsinə dəyişiklik

8 ayda velosiped qəzalarında 11 nəfər ölüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.