"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sabiq prokuror qızının səyahət fırıldaqları – DƏLƏDUZLUQ

12 İyul 2018 - 17:22
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bakıda bir neçə nəfəri səyahətə göndərmək adı ilə dələduzluqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Günel Şıxıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Nailə Hüseynova ifadəsində bildirib ki, Sinqapura səyahət üçün G.Şıxıyevaya pul verib: “Ucuz qiymətə səyahət təklif etməsi diqqətimi cəlb elədi, pulu verdim, amma biletləri ala bilmədim”.

Prosesdə zərərçəkmiş “Start travel” turizm şirkətinin təsisçisi və direktoru A.D. da ifadə verib. O, qeyd edib ki, G.Şıxıyeva rəhbərlik etdiyi şirkətə gələrək onunla əməkdaşlıq etmək istəyib .

“Müştəri bazası da var idi. Şirkətə müştərilər də cəlb edirdi. Əvvəlcə nağd işləyirdik. Sonra biletləri sifariş verdikdən sonra ödənişləri etməməyə başladı. Bu problemlər isə həmin ərəfədə yay aylarında, müştərilərin çox olduğu ərəfədə baş verdi. Ödənişləri etmədi, mən dəfələrlə ona zəng edib səbəbini soruşdum. Müxtəlif bəhanələr gətirdi. Atası Oqtay müəllimlə görüşdüm. Keçmiş prokurorluq əməkdaşıdır. O, mənim və zərərçəkmiş Kəmalə xanımın pulunu verəcəyini dedi. Əvvəlcə 5 min dollar ödədi. Dedi ki, obyekti var, oradan aldığı pulla borcları ödəyəcək. Amma sonradan ödəmədi”.

Şirkət rəhbərinin sözlərinə, G.Şıxıyeva onu aldadarkən müştəriləri şirkətə yönləndirib: “Bizə ən çox zərər həmin ərəfədə dəydi. 2-3 ay çox əziyyət çəkdik. Biz müştəriləri inandıra bilmirdik ki, dələduzluq etməmişik. Günel aldatdığı şəxslərə deyib ki, biletləri, sənədləri şirkətdədir”.

Şirkət rəhbəri G.Şıxıyevanın fəaliyyəti haqda əlavə olaraq bildirib ki, ümumilikdə şirkətə 53 min 700 manat zərər dəyib.

Digər zərərçəkmiş Mehriban Əliyeva bildirib ki, Günelin tanışı olan Kamran Əhmədovla işgüzar münasibəti olub:

“Onların arasında sevgi münasibəti vardı. Bu səbəbdən Güneli tanımışam. Sinqapura səyahət üçün Günelə 667 dollar pul vermişəm. Amma məni aldatdı. Bilet işində də eyni vəziyyət oldu. Mən işlə bağlı səfərə gedəcəkdim. Məni bu gün-sabah edərək aldatdı. Min nömrəsi var idi. Birinə zəng edirdin, söndürürdü. Digərinə zəng edirdin, onu da söndürürdü. Axırda Kamrana zəng elədim. Uzun zaman sonra Kamran vasitəsi ilə bilet üçün verdiyim pulu 80 manat ziyanla ala bildim. Günel xanım bizə mənəvi olaraq çox əzab verib. Mən öz işimdə 3 manatlıq işə belə qəbz tələb edən adamam. Amma Kamrana elə inanırdım ki, aldandım. Günel dəfələrlə pulu qaytaracağını deyib. Zəng edəndə görüş təyin edirdi. Dediyi yerə getsəm də gəlmirdi. Sonra mən onu, o məni hədələməyə başladıq. Mənə deyirdi ki, arxam güclüdür, heç nə edə bilməzlər. Bu sözləri bütün zərərçəkmişlərə deyib”.

Məhkəmədə zərərçəkmiş Azər Əliyev də ifadə verib. O, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri olduğunu söyləyib.

Azər Əliyev 7999 manat zərər gördüyünü və pulunu tələb etdiyini bildirib.

Qeyd edək ki, təqsirləndirilən Günel Şıxıyeva ali təhsillidir. Ailəli olub, azyaşlı uşağı var. O, bir çox şəxsin etibarında sui-istifadə edərək, külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Namərd gülləsi

Next Post

Elektrik enerjisinin təchizatında 27 faiz məhdudiyyət tətbiq olunub – “Azərenerji”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bu il Azərbaycan elektrik enerjisinin ixracını 2 dəfə artırıb

Elektrik enerjisinin təchizatında 27 faiz məhdudiyyət tətbiq olunub - "Azərenerji"

Bu il Azərbaycan elektrik enerjisinin ixracını 2 dəfə artırıb

Bu il Azərbaycan elektrik enerjisinin ixracını 2 dəfə artırıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.