"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sabir Rüstəmxanlı: “Kimsə “Azərbaycan”ı şəxsi intriqalarına alət edə bilməz”

25 Oktyabr 2014 - 22:51
in MÖVQE

“Müxalifət daxilində bir-birini suçlamalara “Azərbaycan” qəzetinin yubileyi ilə bağlı keçirilən tədbir1414259104 alət ola bilməz”.
Bu sözləri Axar.az-a açıqlamasında hazırda Türkiyədə olan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı “Azərbaycan” qəzetinin 25 illik münasibəti ilə keçirilən tədbiri “YAP-ın tədbiri” kimi qiymətləndirən və burda iştirak edən Milli Şura sədri Cəmil Həsənlini qınayanlarla bağlı fikrini bildirərkən dedi.
Xalq şairinin sözlərinə görə, vaxtilə “Azərbaycan” qəzetinə qarşı mövqe ortaya qoyanlar, hər şeyi “öz adına” yazmağa çalışanlar indi də o təfəkkürlərindən əl çəkməyiblər:
“Çox təəssüf edirəm ki, “Azərbaycan” qəzetinin 25 illik yubileyini belə müxalifət daxilində bir-birini suçlamaq üçün vasitəyə çevirənlər tapılır. Bu iddialar mənə 25 il öncəki mənzərəni xatırladır: 1989-cu ildə, oktyabrın 6-da biz “Azərbaycan”ı bərpa edib, yeni tariximizin ilk müstəqil mediasını başladanda da bəziləri bu qəzetin əleyhinə təbliğat aparır, “tezliklə öz qəzetimiz olacaq” deyə sonradan Meydanda da xalqı bu mətbu orqandan ayırmağa çalışırdı. Təbii ki, onların bu istəyi özünü doğrultmadı. Hər zaman hər şeyi öz adlarına çıxmaq istəyi, ümumi işə deyil, şəxsi mənafeyə işləmək arzusu, daxili intriqalardan əl çəkə bilməməyin 25 illik acı tarixi yenə də bəzilərinə dərs olmur”.
Sabir Rüstəmxanlının sözlərinə görə, 20-ci əsrin sonlarına doğru müstəqil medianın qaranquşu olan “Azərbaycan” qəzeti bütövlükdə bir şərəfli tarixdir:
“Bu əlamətdar hadisəni qeyd etməyə yığışdıq və burada iqtidar-müxalifət deyilən anlayış yoxdur: bu qəzetlə ilk günlərdən əməkdaşlıq edənlərdən tutmuş hazırda çalışanlara qədər, bir yerdə müstəqil mediamızın şərəf tarixini vərəqləməyə çalışdıq. “Azərbaycan” qəzetinin idarə heyətinin üzvü olmuş Elmira Axundova və digərləri o tədbirdə çox ləyaqətli və intellektual çıxışları ilə yadda qaldılar. Tədbiri mahiyyətindən çıxarmaq, bu tarixi daxili intriqalara sürükləmək nəyə lazımdır?”
Sonda millət vəkili “Azərbaycan” adının da, qəzetinin və tarixinin də belə xırda intriqalardan çox-çox ucada olduğunu bildirdi:
“Dünya ölkələrində tarixi günlərdə, millət üçün dəyərli anlarda iqtidarlı-müxalifətli, bütün ziyalılar bir yerdə olur, hətta siyasi mühitdən kənarda, şəxsi münasibətlərində heç bir problem olmadığını sərgiləyən görüntüləri ilə yadda qalırlar. Bəs, bizim müxaliflər nə vaxta qədər sivil münasibətlərdən, normal siyasi mübarizədən kənarda, qaragüruh təfəkkürü ilə, şantajla davranmaqda davam edəcəklər?”
Xatırladaq ki, “Azərbaycan” qəzetinin 25 illik yubileyi ilə bağlı ilk baş redaktor kimi Sabir Rüstəmxanlının keçirdiyi tədbirdə hakim partiyanın nümayəndələri ilə yanaşı, Cəmil Həsənlinin də iştirak etməsi müxalifət daxilində Milli Şura sədrinin “iqtidarla bir yerdə olması” kimi dəyərləndirilib.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Küçə süpürən baş nazir

Next Post

“Səməd Vurğunun 37-ci ildə də, 52-ci ildə də tutulmaq şansları vardı”

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

"Səməd Vurğunun 37-ci ildə də, 52-ci ildə də tutulmaq şansları vardı"

Türkiyə qaynayır: üç polis PKK tərəfindən öldürdü - Foto

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.