Sabirabadda qaz partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.
Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Abdul Abusəməd oğlu Babayev və onun həyat yoldaşı 1970-ciil təvəllüdlü Gültəkin Zəbulla qızı Babayeva üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıb.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...






