"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sahibə Qafarova ABŞ səfirilə görüşdü

06 İyun 2022 - 16:44
in GÜNDƏM

İyunun 6-da Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger ilə görüşüb.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, səfiri Milli Məclisdə salamlayan spiker Sahibə Qafarova, bu il Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu bildirib. O, ötən dövr ərzində ölkələrimiz arasında bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Milli Məclisin sədri xüsusilə, enerji təhlükəsizliyi, ABŞ-ın Azərbaycanın təşəbbüskarı olduğu regional enerji layihələrinin həyata keçirilməsi istiqamətindəki dəstəyi, beynəlxalq terrorizmə qarşı mübarizə, iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlığı qeyd edib.

Söhbət zamanı spiker parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışaraq, bildirib ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir və müxtəlif formatlarda mütəmadi görüşlər keçirilir. Azərbaycan yalnız federal səviyyədə deyil, ABŞ ştatlarının qanunverici orqanları ilə də əməkdaşlığın dərinləşməsində maraqlıdır.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və regionda yaranmış yeni vəziyyət barədə məlumat verən spiker bildirib ki, Azərbaycan sülh və sabitliyin tərəfdarıdır. Ölkəmizin Vətən müharibəsində qələbəsi və 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi regionda yeni reallıqlar yaradıb. Azərbaycan ərazilərinin tezliklə minalardan təmizlənməsi və 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarının öz yurdlarına qayıtması üçün sürətli bərpa və quruculuq işləri aparır. İnanırıq ki, iki ölkə arasında sülh sazişi imzalanacaq və bu, region ölkələrinin inkişafına yeni təkan verəcəkdir.

Səmimi görüş üçün təşəkkürünü bildirən ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş olduğunu, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini və münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, bu sahədə parlamentlərarası münasibətlərin inkişaf etdirilməsinin faydalı olacağından danışıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb

Next Post

Operativ Qərargah COVID-lə bağlı MƏLUMAT YAYDI

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Operativ Qərargah COVID-lə bağlı MƏLUMAT YAYDI

Operativ Qərargah COVID-lə bağlı MƏLUMAT YAYDI

Xaricdə təhsil üçün sənəd qəbulu BAŞLADI

Xaricdə təhsil üçün sənəd qəbulu BAŞLADI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.