"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sahibə Qafarova: “Azərbaycan regionda uzunmüddətli sülh üçün böyük səylər göstərir”

30 Noyabr 2023 - 21:59
in CƏMİYYƏT

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Müharibənin gətirdiyi bütün ağrı-acılara baxmayaraq, Azərbaycan dəfələrlə sülhə hazır olduğunu ifadə edib”.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az  xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan qəbulda çıxışı zamanı səsləndirib. O qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, bu, ədalətli sülh olmalıdır – hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınmasına əsaslanan sülh. Belə sülh sabitliyə, inkişafa və əməkdaşlığa nail olmağın yeganə yoludur.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalına toxunan parlamentin spikeri deyib ki, Azərbaycan işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif etməklə regionumuzda uzunmüddətli davamlı sülhün bərqərar olunması istiqamətində böyük səylər göstərir.

İştirakçıların diqqətinə çatdırılıb ki, Ermənistanın siyasi və hərbi təxribatları, onun son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimə davamlı dəstəyi Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin aparılmasını qaçılmaz edib. Bu tədbirlər beynəlxalq hüquq normalarına tam uyğun şəkildə həyata keçirilib, mülki şəxslər arasında itki qeydə alınmayıb. Nəticədə separatçı rejim özünü buraxdığını elan edib və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib.

Spiker Sahibə Qafarova deyib ki, Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Sıfırdan yeni şəhərlər, kəndlər salınır, keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. “Böyük Qayıdış Proqramı”na uyğun olaraq 2026-cı ilin sonuna kimi 140 mindən çox insan Qarabağa və Şərqi Zəngəzura qayıdacaq.

Milli Məclisin sədri təəssüflə xatırladıb ki, işğal illərində Ermənistanın bu ərazilərdə yerləşdirdiyi 1 milyondan çox mina yenidənqurma işlərini və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını ləngidir. 2020-ci ildə müharibə başa çatdıqdan sonra 340-dan çox azərbaycanlı mina partlayışlarının qurbanı olub. Onun sözlərinə görə, Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən olmasına baxmayaraq, minatəmizləmə fəaliyyətlərində ən az beynəlxalq dəstək alır.

 

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiyanın Baş naziri azərbaycanlı həmkarına zəng edib

Next Post

“Qarabağ” Konfrans Liqasına vəsiqəni təmin etdi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Qarabağ” Konfrans Liqasına vəsiqəni təmin etdi

"Qarabağ" Konfrans Liqasına vəsiqəni təmin etdi

Bakı-Sumqayıt yolunda xoşagəlməz vəziyyət – Foto

Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.