"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sahibə Qafarova Litva Seyminin sədri ilə görüşüb

04 Fevral 2022 - 15:12
in SİYASƏT

Milli Məclisin sədri Sahibə Qafarova Litva Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin (Seym) sədri Viktoriya Çmilite Nielsen ilə görüşüb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az-a verilən məlumata görə, Viktoriya Nielsen Azərbaycan və Litvanın yaxın tərəfdaş olduğunu, əlaqələrin daha da inkişaf etdirilməsi üçün informasiya-kommunikasiya texnologiyaları, qida, aqrar, təhsil sahələrində böyük potensial imkanlar mövcud olduğunu bildirib.

Seymin sədri deyib ki, Azərbaycan Litvanın Tvininq Proqramı çərçivəsində ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran Viktoriya Nielsen regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.

O, Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu qeyd edərək, Şərq Tərəfdaşlığı sammitinin əhəmiyyəti, Azərbaycanın bu beynəlxalq tədbirdə iştirakını xüsusi vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin onun Azərbaycan Milli Məclisinin sədri kimi Litvaya ilk rəsmi səfəri olduğunu söyləyib və bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inandığını söyləyib. Azərbaycan və Litvanın dost və tərəfdaş ölkələr olduğunu bildirən spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin, görüşlərin müstəsna rolunu vurğulayıb.

O, Litva parlamentində dostluq qrupunun Xocalı soyqırımı ilə bağlı bəyanatlarını yüksək qiymətləndirib.

Spiker Sahibə Qafarova hazırda regionda yeni yaranmış vəziyyət və şərtlər haqqında da danışaraq, deyib ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil və tarixin səhifələrində qalıb. Üçtərəfli 10 noyabr 2020-ci il tarixli Bəyanat münaqişəyə son qoyub.

Görüşdə Milli Məclisin sədri, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, regional kommunikasiyaların bərpa olunmasının vacibliyi, Azərbaycanın təşəbbüsü və birbaşa dəstəyi ilə reallaşan nəqliyyat layihələri, Zəngəzur dəhlizi haqqında da məlumat verib.

Milli Məclisin sədri Sahibə Qafarova, Litva Seyminin sədri Viktoriya Çmilite Nielsen ilə görüş
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda CQD Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilir

Next Post

Prezident Administrasiyasının elektron qaydada məlumat almaq imkanları genişləndirilib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Prezident Administrasiyasının elektron qaydada məlumat almaq imkanları genişləndirilib

Prezident Administrasiyasının elektron qaydada məlumat almaq imkanları genişləndirilib

Aİ Azərbaycanla enerji tərəfdaşlığının əhəmiyyətini vurğulayıb

Aİ Azərbaycanla enerji tərəfdaşlığının əhəmiyyətini vurğulayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.