"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sahibə Qafarova Qırğızıstan səfiri ilə görüşüb

11 Mart 2022 - 18:48
in GÜNDƏM

Milli Məclisin sədri Sahibə Qafarova martın 11-də Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevlə görüşüb.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Milli Məclisdən verilən xəbərə görə, qonağı salamlayan spiker Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələri mövcuddur. Xalqlarımızı ortaq köklər, oxşar tarix və ənənələr birləşdirir. Milli Məclisin sədri bildirib ki, ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra münasibətlərimiz yeni mərhələyə yüksəlib. Gələn il Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olacaq.

Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq münasibətlərinə söykənir, siyasi, ticarət-iqtisadi, humanitar, mədəni və digər sahələrdə uğurla inkişaf edir. O, əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin rolunu xüsusi vurğulayıb. Spikerin sözlərinə görə, yüksək səviyyəli görüşlərin dinamikası, beynəlxalq və regional xarakterli bir çox aktual məsələlər üzrə mövqelərin qarşılıqlı dəstəklənməsi Azərbaycan ilə Qırğız Respublikası arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Sahibə Qafarova həmçinin deyib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. O, Türk Şurası çərçivəsində münasibətləri xüsusi qeyd edib.

İki ölkənin parlamentləri arasında münasibətlərdən danışan Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan və Qırğızıstan arasında əlaqələrin inkişafında qanunverici orqanların da özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq əlaqələrinə malikdirlər. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq platformalarda da uğurla əməkdaşlıq edirlər.

Spiker Sahibə Qafarova Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verərək, bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb. Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir və biz keçmiş məcburi köçkünləri maksimum qısa müddətdə öz əzəli torpaqlarına qaytarmaq üçün fəal iş aparırıq.

Görüşdə Qırğız Respublikasının ölkəmizdəki səfiri Kayrat Osmonaliyev səmimi qəbul üçün minnətdarlığını bildirərək, xalqlarımız arasında zəngin tarixə malik dostluq və qardaşlıq münasibətlərinin hazırda uğurla inkişaf etdiyini söyləyib. O, deyib ki, ölkələrimiz beynəlxalq təşkilatlar, həmçinin, BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı çərçivəsində, Türk Şurası məkanında fəal əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyini də diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bolqarıstan Parlamentində Xocalı soyqırımı ilə bağlı Bəyannamə qəbul edilib

Next Post

“Narkomaniya ilə mübarizədə cəmiyyətimiz səfərbər olmalıdır” – Ekspertlər

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
“Narkomaniya ilə mübarizədə cəmiyyətimiz səfərbər olmalıdır” – Ekspertlər

“Narkomaniya ilə mübarizədə cəmiyyətimiz səfərbər olmalıdır” – Ekspertlər

Erməni analitik: “II Qarabağ müharibəsindən dərs götürmək lazımdır”

Erməni analitik: "II Qarabağ müharibəsindən dərs götürmək lazımdır"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.