"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sahibə Qafarova Valentina Matviyenkoya Mixail Delyaginlə bağlı etirazını çatdırıb

29 Mart 2022 - 22:43
in SİYASƏT

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Almatı şəhərində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Milli Məclisin mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, görüşdə müxtəlif sahələri əhatə edən Azərbaycan-Rusiya münasibətlərinin vacib istiqamətlərindən biri kimi parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bu çərçivədə, parlamentlərin qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın fəaliyyəti təqdirəlayiqdir.

Parlamentlərin xalqlar arasında oynadığı körpü roluna istinadən iki ölkə arasında humanitar əlaqələr də müzakirə mövzusu olub. Görüş zamanı humanitar sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib, bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bu mənada, Rusiyada Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinin, Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumunun təşkilinin insanlar arasında əlaqələrin gücləndirilməsi baxımından faydalı olduğu bildirilib.

Görüşdə iqtisadi-ticari əlaqələr də müzakirə olunub. Ötən ilin sonunda qarşılıqlı ticarət dövriyyəsinin 16 faiz artaraq 3 milyard ABŞ dollarından çox olması mühüm göstərici kimi qeyd edilib. İnvestisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinə toxunulub.

Həmçinin regionlararası əməkdaşlığın və bu istiqamətdə təşkil olunan forumların praktiki layihələrin reallaşdırılması baxımından ikitərəfli əlaqələr çərçivəsində xüsusi yer tutduğu vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova görüşdə Vətən müharibəsində ölkəmizin əldə etdiyi qələbədən sonra regionda yeni yaranmış vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri barədə də məlumat verərək, qeyd edib ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatına sadiqdir. Lakin həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Spiker regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün bəyanatda nəzərdə tutulan bütün prinsiplərin yerinə yetirilməsinin vacibliyini bir daha qeyd edib.

Görüşdə Sahibə Qafarova Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlərlə bağlı etirazını Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun diqqətinə çatdırıb.

Valentina Matviyenko məsələnin araşdırılacağını və müvafiq addımlar atılacağını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə məktub göndərib

Next Post

Fərrux yüksəkliyində tapılan qalıqların Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxsə aid olduğu ehtimal edilir – FOTO – YENİLƏNİB 2

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Fərrux yüksəkliyində tapılan qalıqların Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxsə aid olduğu ehtimal edilir – FOTO – YENİLƏNİB 2

Fərrux yüksəkliyində tapılan qalıqların Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxsə aid olduğu ehtimal edilir - FOTO - YENİLƏNİB 2

Azərbaycanda son sutkada 48 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda son sutkada 48 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.