AXCP-də qalmaqallar davam edir. Bu partiyanın əsas simalarından biri olan Sahib Kərimlinin sədrliyə iddiaçı olması onsuz da gərgin olan mühiti daha da alovlandırıb.
Proseslərə dair ardıcıl şəkildə Facebookda şərhlər yazan Sahib Kərimli bu dəfə öz sədrinə və həm də opponentinə belə bir sual ünvanlayıb. Həmin statusu olduğu kimi dərc edirik:
“Mən sədrliyə namizədəm, partiya ölkənin əsas müxalifət partiyasıdır. Faktiki sədr özünü İlham Əliyevə əsas alternativ hesab edir. Dialoq və ya opponentlik məsələsində Əli Kərimli İlham Əliyevdən aşağı heç bir ranqı qəbul etmir. Elə İlham Əliyevdə ölkə içində heç kimə opponentlik etmək istəmir. İlham Əliyev doğulduğu gündən əlinin üstündə əl, sözünün üstündə söz görməyib, siyasi karyerası da partiyadaxili seçimlərdən, rəqabətdən keçməyib. Amma hamımız haqlı olaraq tənqid edirik, opponentlik etməsini istəyirik, demokratiyanın gərəyidir deyirik. Siz Əli bəy, bir demokrat kimi mənimlə opponentlik etməməklə, bunu sürücünüzün diliylə etməklə, İlham Əliyev sizi aşağıladığı kimi , siz də məni aşağılayırsız?
Mühafizəçinizin rəhbərlik etdiyi söyüş dəstəsini durdurmaq mümkün deyil. Çünki işlək mexanizmdir, əvvəllərdə tətbiq olunub. Amma siz durdura bilərdiz. Nəinki durdurmaq, bu fürsətlərdən istifadə edib, demokrat, tolerant, maarifçi, təşkilatçı lider olduğunuzu göstərərdiz. Qurultay fürsət idi. İlham Əliyev üçün bu Parlament seçkiləri necə yaxşı fürsəti idisə, bu Qurultay da sizin üçün eyni idi. Qaçırdız! Təsəvvür edirsiz ki, mənimlə opponentlik etsəydiz nələr olardı? Ən birinci söyüş olmayacaqdı, hamı intellektual işlərə cəlb olunacaqdı. Əli bəy, məni niyə söyürsüz?”




