“Latviyada sovetdənqalma “Rodina-mat” heykəlini aşırdılar. Sənət dünyasında belə bir fikir var ki, mədəniyyət özünü daşda ifadə edir: Daşda köhnəlir, unudulur, daşda dirilir, yenilənir”.
Elchi.az-ın məlumatına görə, bu fikirləri publisist-şair Aqşin Yenisey Feysbuk hesanında bildirib.
O, qeyd edib:
“Bizdə vəziyyət necədir? Ümumiyyətlə, Nəsimi, Seyid Əzim, Axundov, Hacıbəyov üsyankarlığından güc alan bir mədəniyyət yaradıcılığı tərənnümçülükdən, təsvirçilikdən ibarət olan, zamanın tələblərinə uyğunlaşan, mövzularını “Kommunist” qəzetinin pafoslu məqalələrindən götürən Rəşid Behbudov, Müslüm Maqomayev, Anar, nə bilim, Məmməd Rahim kimi heç bir gələcək vəd etməyən “qısır dahilər” yetirməməli idi.
Etik, estetik prinsipləri ruslaşmış gürcü oğrusu tərəfindən təyin edilən sovet sistemi sənətin tarixdən gələn üsyankarlıq məktəbini məhv etdi. Layiq olanları deyil, sadiq olanları qorudu. Bu gün də eyni yolu gedirik, yolumuz köhnə, çəkmələrimiz təzədir.
Buna görə də heykəli üsyankar ruhlu, Azərbaycanın istiqlal şairi, himnimizə yazdığı sözlərlə bizi daim azadlığa müştaq olmağa səsləyən Əhməd Cavada deyil, istiqlalımıza, azadlığımıza heç bir dəxli olmayan SSRİ-nin Xalq artistinə qoyuruq. Sovetizmi yenidən daşda dirildir, daşda yeniləyirik”.
Yeganə




