"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sakinlər “Azəryolservis”ə qarşı… – VİDEO, FOTOLAR

16 Oktyabr 2014 - 16:01
in HADİSƏ
Nərimanov rayonu Xəlil Rza Ulutürk küçəsinin sakinləri musavat.com-a şikayətlə müraciət ediblər. img1656276
Sakinlərin şikayətinə səbəb onlara verilən kompensasiyanın az olmasıdır. Belə ki, “Azəryolservis” ASC şirkəti tərəfindən yol çəkilir. Həmin yol üzərində tikilmiş evlərin sahiblərin oradan köçməsi üçün hər birinə evin bir kvadratmetri üçün 1020 manat pul verilir.
Şikayətçi olan 10 ailəyə isə daha az kompensasiya təklif edilir. Bu da sakinlərin haqlı etirazına gətirib, çıxarır. Sakinlər deyirlər ki, onlara qarşı edilən bu haqsızlığa göz yumacaq deyillər.
Məsələni araşdırmaq üçün həmin ünvana yollandıq. Yolboyu söküntülər gedirdi və hər tərəf toz-torpaq içində idi. Sökülmüş evlərin qalıqları isə xarabalığı xatırladırdı. Zibil qoxusu isə hər tərəfi bürümüşdü.
Dar küçələrlə gedərək, sakinlərlə görüşdük. Miryasin Nəcəfov, Hüseyn Yaqubov (şəhid ailəsi), İzzət İsmayılov, Məleykə İsmayılova (şəhid ailəsi), Elçin Əliyev, Məhiyəddin Səfərov, İlham Səfərov və Mətanət xanım şirkətin onlara təklif etdiyi qiymətlərlə razılaşmayan ailələri təmsil edirlər.
Hər kəsin problemi eyni idi. Onlara qarşı edilən haqsızlıq və ayrı-seçkilik…
Şikayətçi sakinlərdən biri – Hüseyn Yaqubov deyir ki, onların sağ və sol tərəfində yaşayan qonşuların evlərinin hər kvadratmetrinə 1020 manat pul verilib. Ona isə 960 manat təklif edilir: “Hələ 960 manatdan da az pul verirlər. Evi müxtəlif kateqoriyalara bölüblər. Yaşayış sahəsinin bir kvadrat metrinə 960 manat, mətbəx üçün 360, hamam və tualet üçün isə 240 manat pul təklif edirlər. Bundan əlavə xidməti sahə 34 manat 95 qəpik, taxıl anbarı üçün isə 8 manat 53 qəpik pul təklif edirlər. Belə şey olar? Belə şey harada görülüb? Ev alanda belə almışdıq ki, satanda da belə sataq? Niyə ayrıseçkilik edirlər? Özüm şəhid ailəsiyəm. Budur, bunların şəhid ailəsinə qoyduğu qiymət?
İndicə Maliyyə Nazirliyindən gəlirəm. Onlar da deyirlər ki, bu işə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti baxır. Onlara müraciət etməliyik. “Azəryolservis” isə müraciətlərimizi cavabsız qoyur. Hərə bir-birinin üzərinə atır. Bizə kimsə köməklik etsin. Bu məsələni araşdırsınlar. Biz də köçüb, gedək”.
“Mənə biri başa salsın ki, niyə qonşuma verdikləri məbləğ, mənə təklif edilən məbləğdən daha çoxdur? Burada bütün evləri eyni qiymətdən alıblar. Amma bizə və bizim kimi 10 ailəyə daha az pul verirlər. Bir düşünün ki, bir küçədə 20 ailə var. Üz-üzə qonşumun evini alıblar. Hər kvadratmetrinə 1020 manat veriblər. Mənə isə 960 manat təklif edirlər. Səbəbini soruşmaq istəyirik. Nəyə görə belə fərq qoyulur?” – bu sözləri isə daha bir şəhid ailəsinin təmsilçisi olan Məleykə İsmayılova deyir.
Məhəmməd TÜRKMƏN
Fotolar və video müəllifindir.
 





































Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yevlaxda rüsvayçılıq- yanacaqdoldurma məntəqəsində sürücülərə həm benzin, həm də qadın təklif olunur

Next Post

“Pul müqabilində iki dəfə telefonda sekslə məşğul olduq” – ŞOK TƏFƏRRÜAT

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post

“Pul müqabilində iki dəfə telefonda sekslə məşğul olduq” – ŞOK TƏFƏRRÜAT

Azərbaycanda at kişini öldürdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.