İspaniya məhkəməsi Şakiraya qarşı gəlir və sərvət vergisi fırıldaqçılığına görə istintaqa başlayıb. Məşhur müğənniyə 8 il həbs cəzası istənilir.
Elchi.az xəbər verir ki, İspaniyanın Kataloniya bölgəsində yerləşən Barselona yaxınlığındakı məhkəmə tərəfindən dünya şöhrətli müğənni Şakiraya qarşı istintaq başladılıb.
Esplugues de Llobregat məhkəməsi Şakiraya qarşı 2018-ci ildə gəlir və sərvət vergisi fırıldaqçılığına görə istintaqa başlayıb.Məşhur ulduza 8 ilə qədər həbs cəzası istənilib. Məhkəmə istintaqla bağlı başqa təfərrüatları açıqlamayıb.
Şakiranın 2012-2014-cü illər arasında 14,5 milyon Avro vergi borcu ilə bağlı başqa bir iddiada ilin sonuna doğru məhkəmə qarşısına çıxacağı gözlənilir.
Nuranə Məmmədova




