Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarında yer almış müxtəlif korrupsiya hallarına dair materiallara ölkə mətbuatının səhifələrində kifayət qədər çox rast gəlmək olur. Həm də qeyd olunmalıdır ki, bu materiallarda ən çox müzakirə olunan mövzulardan biri rayon və bölgələrimizdə fəaliyyət göstərən Əhalinin Sosisal Müdafiə Mərkəzlərində (ƏSMM) müşahidə edilən neqativ hallar barədədir. Məhz bu qurumların fəaliyyətində yer alan rüşvətxorluq və digər korrupsiya əməlləri sadə vətəndaşların, həm də daha çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin maraqlarına ciddi zərbələr vurduğundan ƏSMM-lər mövzusu öz aktuallığını hər zaman saxlayır. Bu xüsusda mətbu orqanlarına daxil olan şikayət məktublarının sayı isə stabil çox olmağı ilə diqqəti cəlb edir. Bununla belə, bəzən daxil olan məlumatlarda elə fakt və rəqəmlərlə rastlaşmaq olur ki, hətta korrupsiya mövzusunu az qala hər gün araşdırmalı olan əməkdaşlarımız belə çaşqınlıq içərisində qalırlar. Bir müddət əvvəl Salyan rayon ƏSMM-də məsləhətçi vəzifəsində işləmiş Fatmaxanım Qasımovanın redaksiyamıza təqdim etdiyi məlumat da məhz bu baxımdan diqqəti cəlb edir. Öz ərizəsində F.Qasımova Salyan rayon Statistika idarəsinin müdiri Nicat Əsgərovun ona 367 min manat məbləğində borcu olduğunu iddia edir. Bu məlumatda bizim üçün ən maraqlı məqam isə, belə böyük məbləğdə borcun məhz hansı əsasda yaranması ilə bağlıdır. Məlumatda deyilir ki, şikayətçinin ƏSMM-də çalışdığı dövrdə Nicat Əsgərov da həmin mərkəzdə ünvanlı sosial yardım sektorunun müdiri vəzifəsində işləyib. Elə təqdim olunan açıqlamalar da Nicat Əsgərovun bu vəzifədə törətdiyi qanun pozuntuları barədədir. F.Qasımova bildirir ki, sektor müdiri ünvanlı sosial yardım alan vətəndaşlarla 50-nin 50-yə prinsipi ilə razılığa gəlirdi. Yəni dövlət tərəfindən ayrılan yardımın ilk altı ay ərzində plastik karta köçürülən hissəsini Nicat Əsgərov götürürdü. Yalnız bundan sonra kart əsil sahibinə təslim edilirdi. Lakin, məsələnin ən maraqlı hissəsi bu da deyil. Belə ki, şikayətçinin iddiasına görə, sektor müdiri bu yardımların “öz payına düşən” hissəsini də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki havadarı ilə, və yenə də 50-nin 50-yə prinsipi əsasında bölüşürdü. Amma nazirlikdəki məmurun şərtləri bir qədər fərqli idi. Daha dəqiq desək, Nicat Əsgərov plastik kartları yuxarı instansiyadan təhvil almaq üçün bu kartlara ilk üç ay ərzində yüklənəcək məbləğlərin cəmini bir dəfəyə, toplam şəkildə öz havadarına verməli idi. Bu isə bir il ərzində verilən bütün kartlara görə 200-300 min manat təşkil edirdi. Bax elə bu zaman da, Nicat Əsgərov borc almaq üçün Fatmaxanım Qasımovaya müraciət edirmiş. Şikayətçi bildirir ki, həmin vaxt onun maddi durumu böyük məbləğlərdə borc verməyə imkan verirdi. Beləliklə də, son əməliyyatlar vaxtı sektor müdirinin ona yaranmış ümumi borcu 417 min manat olub. Bir müddət keçdikdən sonra, F.Qasımova artıq bu pulu geri almaq üçün hüquq-mühafizə orqanlarına müraciət etməli olub. Onun sözlərinə görə, məsələ ilə Salyan RPŞ-nin müstəntiqi Fuad Əliyev məşğul olub. Polisə müraciətindən bir müddət sonra, F.Qasımova elə müstəntiqin vasitəsilə ümumi borcun bir hissəsini, daha dəqiq desək, 50 min manatı geri ala bilib. Bu pulu ona təhvil verən Fuad Əliyev bildirib ki, müəyyən bir müddət ərzində Nicat Əsgərov borcun qalan hissəsini də qaytaracaq. Lakin bu arada F.Qasımovanın başı müəyyən ailə problemlərinə qarışır. Belə ki, həmin vaxt o, ağır xəstəliyə tutulmuş atasını müalicə üçün Almaniyaya aparmalı olur. Daha sonra şikayətçinin atası dünyasını dəyişir və bütün bu hadisələr F.Qasımovanın diqqətini borcla bağlı problemdən yayındırır. Nəhayət, bir müddət bundan əvvəl şikayətçi yenidən Fuad Əliyevə müraciət etmək qərarına gəlir. Lakin bu zaman məlum olur ki, müstəntiq artıq iş yerini dəyişib və hal-hazırda Bakıda, Qaradağ RPİ-nin 11-ci PolisBölməsində hansısa vəzifədə çalışır. Nicat Əsgərov isə məlum olduğu kimi artıq Salyan rayon Statistika idarəsinin müdiri və eyni zamanda da YAP Salyan rayon təşkilatının sədridir. Bundan sonra F.Qasımovanın hər iki şəxslə təması yalnız telefon vasitəsilə baş tutur. Borcun qalan 367 min manatl hissəsinə görə məsuliyyəti isə Nicat Əsgərov və Fuad Əliyev futbol topu kimi bir-birilərinə ötürməkdədirlər.
Əlbəttə ki, biz qarşı tərəfin də mövqeyini öyrənməyə və qəzetimizdə dərc etməyə hazırıq. Lakin bütün bunlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli şəxslərinin fikirlərini eşitmək bizim üçün daha maraqlı olardı…