"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Salyanın polis rəisinin işdən çıxarılma səbəbi AÇIQLANDI

21 Dekabr 2017 - 12:38
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Salyanın sabiq polis rəisi işdən çıxarılmasının səbəblərini açıqlayıb.

Elchi.az  xəbər verir ki, Polis polkovniki Təhmasib İbrahimov APA-nın Mil-Muğan bürosunun sorğusuna cavabında mətbuatda haqqında yazılanları təkzib edib: “Mən 26 noyabr 1957-ci ildə Masallı rayonunda anadan olmuşam.

Demək istəyirəm ki, noyabrın 26-da mənim 60 yaşım tamam olub və mən bu əmri gözləyirdim. Əslində 55 yaşında təqaüdə göndərilə bilərdim. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov etimad göstərib məni daha bir neçə il artıq xidmətdə saxlayıb. Buna görə də mən cənab nazirimizə təşəkkür edirəm. Mən daxili işlər orqanlarında 38 il, imtiyazlı hesablamalarla isə 43 il xidmət etmişəm. Daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar cənab nazirin əmri ilə təqaüdə çıxmışam. Xidmətdə olduğum dövrlərdə dəfələrlə cənab prezident və nazir tərəfindən mükafatlandırılmışam. Cənab prezident tərəfindən “İgidliyə görə” medalı ilə, daxili işlər naziri Ramil Usubovun əmri ilə “Qüsursuz xidmətə görə”  1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunmuşam”.

T. İbrahimov onun işdən çıxarılmasının Salyanda baş verən sonuncu ağır cinayətlə bağlı olması barədə mətbuatda yayılan məlumatları cəfəngiyat adlandırıb: “Bu hadisənin mənim təqaüdə çıxmağımla heç bir əlaqəsi yoxdur. Bu hadisə dekabr ayında müəyyən edilib. Mənim isə noyabr ayında təqaüd yaşım çatmışdı və mən əmr gözləyirdim. Bundan başqa, həmin hadisə 2014-cü ilin mart ayında baş verib. Həmin vaxt isə mən Salyanda yox, başqa bir yerdə işləyirdim. Mən Salyan rayonunda 12 noyabr 2015-ci ildən təqaüdə göndərilənə qədər rəis vəzifəsində çalışmışam. Son məlum cinayət hadisəsi mənim polis şöbəsinə rəhbərlik etdiyim dövrdə baş verməyib. Buna baxmayaraq, bu barədə bizə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb və prokurorluq orqanları ilə birgə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində cinayətin açılması təmin edilib. Bu bizim vəzifə borcumuzdu. İndi kimlərsə televiziyada kiminsə faciəsi ilə, kiminsə meyiti ilə şou düzəldir. Belə etmək olmaz, bu çox dəhşətli faciədir”.

Qeyd edək ki, ötən gün daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.

Bəzi KİV polis rəisi Təhmasib İbrahimovun vəzifəsindən azad edilməsini Salyanda baş verən dəhşətli cinayətlə əlaqələndirib, daxili işlər naziri Ramil Usubovun məhz bu cinayətə görə Təhmasib İbrahimovu vəzifəsindən azad etdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, nazir rayonda baş verən dəhşətli cinayətin illərlə bağlı qalmasını rəisə bağışlamayıb.

Qeyd edək ki, Salyanda 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları – Rəqibə, Sevda, İradə, Ümidənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tramp BMT-nin Qüdslə bağlı qətnaməsini dəstəkləyən ölkələri təhdid edib

Next Post

Britaniya 9 mindən artıq azərbaycanlıya viza verməkdən imtina edib

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Britaniya 9 mindən artıq azərbaycanlıya viza verməkdən imtina edib

Gələn il keçiriləcək prezident seçkisinin ilkin tarixi açıqlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.