“Asif Ağayev kabinetdən çıxıb rayonun ondan artıq küçəsinə səfər etsin, amma gələndə BTR-siz gəlməsin, çünki keçə bilməz”
Ötən günlərdə xəbər vermişdik ki, bir qrup Şamaxı sakini rayonda baş verən özbaşınalıq və qalaqlanmış problemlərdən bəhs edərək, onların aradan qaldırılmamsından şikayət ediblər. JAM.AZ-am müraciət edən sakinlər qeyd etmişdilər ki, Şamaxının bütün küçələri keçilməz hala düşüb.
İcra başçısı Asif Ağayevin kabinetindən çıxmadığını, problemlərlə maraqlanmadığını, habelə maliyyə maxinasiyaları ilə məşğul olduğunu bildirən şikayətçilər dövlət başçısından onunla bağlı tədbir görməsini xahiş etmişdilər.
Bu gün Şamaxıdan olan bir qrup sakin daha bir maraqlı addım atıblar. JAM.AZ-a göndərilən məlumatda deyilir ki, onlar Şamaxının icra başçısı Asif Ağayevi kabinetindən çıxmağa və rayonun bərbad, bataqlığa çevrilmiş küçələrinə çıxmağa çağırıblar. “Rayonda işsizlik baş alıb gedir. İnfrastruktur məhv olmaq həddindədir. Küçələrdə yayda tozdan, qışda isə palçıqdan hərəkət eləmək mümkün deyil. Amma buna baxmayaraq rayon küçələrinin cari təmiri məqsədilə küllü miqdarda vəsait silinmiişdir. Rayon icra hakimiyyəti başçısına isə kabinetindən ayrılaraq rayonun Axundov, Əliyarbəyov, Nəcəfov, H.Ciddi, Rəsulzadə, H.Məmmədov, Qədirli, S.Mümtaz, Koroğlu, Ə.Əlizadə və s. bu kimi onlarla küçələrimizə səfər etməyə çağırırıq. Amma bu küçələrə gedərkən xüsusi təyinatlı BTR nəqliyyatından istifadə etməyi unutmasın .Çünki orada hələ-hələ avtomobil hərəkət edə bilmir”.



