"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Samir Şərifov bizləri avam yerinə qoyub əməlli başlı dolayır…”

31 Yanvar 2016 - 09:30
in XƏBƏR LENTİ

“”NazLifan”lara oturub insanları saldığınız vəziyyətdən çıxarın…”

“Böhran başlayandan fikirləşirdim ki, niyə bu hakimiyyət öz nümayəndələrini əhalini sakitləşdirmək, izahat vermək üçün TV-lərə çıxartmır. Sən demə “mal mənimdir, kəramətinə bələdəm” deyimindəki kimi bu hakimiyyət də öz məmurlarını bizdən yaxşı tanıyırmış. Bunlardan ən yaxşı hesab etdiklərimiz belə ekranlarda danışdıqca özlərini batırırlar. Hakmiyyət təmsilçiləri arasında, mətbuatın formalaşdırdığı fikrə əsasən, mən də hamı kimi Samir Şərifovu işini bilən, təvəzökar birisi kimi tanıyırdım. Yanılmışam, özü də çox! Deyim niyə?
Samir Şərifov danışdıqca özünün kim olduğunu, başqa məmurlar kimi bu hakimiyyətə layiq olduğunu göstərdi. Bu insan maliyyə naziridir, yəni pulların büdcəyə daxil olması, yığılması, oradan bölüşdürülməsi, xərclənməsi bunun başçılığı ilə həyata keçirilir. Baş verənlərdə onun da günahı hamı kimi mənə də bəlli idi. Ancaq susduğundan günahının qədəri bilinmirdi. Elə ki, danışmağa başladı, gördüm ki, bu da bizləri avam yerinə qoyub əməlli başlı dolayır. Beynəlxalq Bankla bağlı elan elədi ki, “pulları sadəcə oğurlayıblar”. Soruşuram, 51 faizi dövlətə məxsus olan bankın idarəçiliyində Maliyyə Nazirliyi yüksək səviyyədə təmsil olunurdu. Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan, bu qurumda əsas söz sahibi isə Maliyyə Nazirliyidir. Təxminən 10 milyard dolları isə qısa zaman kəsiyində əjdaha iştahı ilə də yemək mümkün deyil. Bu müddət ərzində kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı, niyə susurdu və indiyədək adekvat addımlar niyə atmırdı? İndi ali orqan Müşahidə Şurası ola-ola hər şeyi bu gün həbsdəki, sadəcə icraçı olan Cahangir Hacıyevin üstünə atmaq, yıxılanı baltalamaq nə qədər məntiqə və əxlaqa uyğundur.
Qısa zaman ərzində insanlar illərcə yığdıqlarını iki dəfə itirdilər, götürdükləri kreditlər iki dəfə artdı. Sığortalanan 30 min manatdan yuxarı əmanəti olanlar avtomatik şəkildə illərlə qazandıqları vəsaitləri itirirlər. Hətta Əmanətlərin Sığortalanması Fonduna arxayın olub banka əmanət yerləşdirənlər belə itirirlər. Bu gün bir-birinin ardınca bankların lisenziyaları ləğv edilir. Bu banklarda 21 dekabr devalvasiyasınadək 30 min dollar pulu olan insan sığortaya ümid edirdi, çünki məbləğ təxminən sığorta olunan vəsaitə uyğun gəlirdi. İndi isə ona rəsmi məzənnə ilə yalnız 18 min dollar ödəyəcəklər. Aradakı 11-12 min dollarlıq fərq isə itəcək. Bu soyğunçuluq, talançılıq, oğurluq deyilsə, bəs nədir?! Bundan sonra Samir Şərifovun Natig Jafarlinin təbirincə desək İstiQrazlar nağılına kim inanar?
Mənə ən çox təsir edən, bu məqaləni yazmağa vadar edən isə Samir Şərifovun “banklar xeyriyyəçilik edə bilməz, bank bir tərəfdən borc verirsə, digər tərəfdən də əmanət saxlayır. Biz çalışırıq ki, sosial ədalət prinsiplərini pozmayaq” deməsidir. Mən də soruşuram, Samir Şərifov, siz hansı sosial ədalət prinsipdən, xeyriyyəçilikdən danışırsınız? Azərbaycan xalqı sizə necə illərdir xeyriyyəçilik etmədimi? Sizlərə xaricdə yüz milyonlarla varidat toplamağa dözdü. Hesab etməyin ki, insanlar hər büdcədən ayrılan pullardan faizlərin elə yerindəcə nazirliyə getdiyini bilmirlər. Siz də əziyyət çəkib insanların dollarla olan kreditlərin bu gün onlara hansı fəlakətlər gətirdiyini bilin və insanları bu vəziyyətdə necə salmısızsa eləcə də çıxarın.
İsti kabinetlərdə, bahalı kreslolarda oturmaqdan, lyuks maşınlarda kortejlə şütüməkdən, ekranlarda ağıllı-ağıllı insanlara qənaət dərsi keçirməkdən vaz keçin. Özünüz qənaətçil olun, qarın kəmərlərini qısaldın, NazLifanlara oturub bu insanları saldığınız vəziyyətdən çıxarın.”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda böyük ucuzluq kampaniyası

Next Post

Həkim-deputata qarşı sensasion – İttihamlar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Həkim-deputata qarşı sensasion - İttihamlar

“Dövlət niyə bankla müştəri arasına girməlidir?” - Maliyyə naziri sual yox, cavab verməlidir!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.