"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Samir Şərifov: “Bu il ARDNF-nin aktivləri 2,5 mlrd. dollar artacaq”

05 Dekabr 2018 - 09:23
in İQTİSADİYYAT

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

2019-cu ilin dövlət büdcəsinin bilavasitə neftin qiyməti ilə bağlı olan parametri yalnız Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xarici valyuta ilə satışlarından ödədikləri mənfəət vergisi ilə bağlıdır. Yəni, neftin qiyməti aşağı endiyi təqdirdə biz daha aşağı mənfəət vergisi əldə edə bilərik”.
“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, digər hallarda büdcə faktiki olaraq sığortalanıb: “Burada digər parametr – icmal büdcə də var. Bu büdcə ilk növbədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləridir. Yəni bu gün bizin təqdim etdiyimiz büdcədə neftin qiyməti 60 ABŞ dolları olduğu təqdirdə, büdcə xərcləri, həmçinin ARDNF-nin bəzi xərcləri icra edildikdən sonra Fondun cari ildə aktivləri 2,5 mlrd. dollar artacaq”.
Nazir əlavə edib ki, büdcə üzrə müəyyən risklər də mövcuddur: “Əgər neft qiymətləri biz müəyyən etdiyimizdən aşağı olarsa öncə biz təmkinli olmalıyıq. Dərhal nəyisə dəyişməməliyik, “counter split” siyasəti yürütməliyik. Orta rəqəm götürməliyik. Orta rəqəm də 60 dollardır. Neftin qiymətinin 45 dollar olması ssenarisində isə ARDNF-nin ilin sonuna olan aktivləri ötən ilin sonuna nisbətən dəyişməyəcək. Burada biz 45 mlrd. dollarlıq aktivlərdən danışırıq. İlin sonuna qədər bu aktivlərin bir qədər də artması gözlənilir”.
S.Şərifov dünya bazarında neft qiymətinə digər amillərin də təsir etdiyini qeyd edib: “Nəticə etibarı ilə vacib amil tələb-təklifdir. Müvəqqəti amillər, siyasi söz müdaxilələri bazara həm müsbət, həm də mənfi təsir edir. Amma bu təsirlər müvəqqəti də ola bilər. Digər tərəfdən də neft qiymətinin 140 dollardan 27 dollara qədər düşməsi bizim yaddaşımızda qalıb. Biz görmüşük ki, bu səviyyəyə düşsə də, heç bir iqtisadi reallığı əks etdirmir. İqtisadi reallıq onun üzərində qurulub ki, bazara təkliflər verən şist neft şirkətləri tədricən müflisləşməyə, sıradan çıxmağa başladılar. Həmin şirkətlərin böyük hissəsini artıq iri neft şirkətləri alıblar. Artıq şist neftin istehsalı ilə onlar məşğuldur. Onlar isə bir barel neftin hasilat qiymətini yaxşı bilirlər. Nəticə etibarı ilə neftin kəskin ucuzlaşması onun istehsalına, dünya bazarının neftlə təchizatına orta müddətli çərçivədə çox mənfi təsir göstərir. Ona görə də burada balans gözlənilməlidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Son 50-100 il ərzində Azərbaycana qışlamaq üçün gələn quşların sayı azalıb

Next Post

Mövqelərimiz müxtəlif istiqamətlərindən atəşə tutuldu

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Mövqelərimiz müxtəlif istiqamətlərindən atəşə tutuldu

Mövqelərimiz müxtəlif istiqamətlərindən atəşə tutuldu

“Heç bir şübhə yoxdur ki, şahzadənin Qaşıqçının öldürülməsində əli var” – MKİ

"Heç bir şübhə yoxdur ki, şahzadənin Qaşıqçının öldürülməsində əli var" - MKİ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.