“Sampdoriya”nın futbolçusu Culian Şabo karyerasını Almaniyada davam etdirəcək.
Bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
Müdafiəçi mövsümün sonunadək “Köln”ə icarəyə verilib. Bundesliqa klubu Şabo üçün 300 min avro ödəyəcək. İcarə müddəti bitdikdən sonra Kölnün eyniadlı təmsilçisi oyunçunu 2,7 milyon avroya transfer etmək hüququna malikdir.
Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsüm A seriyasında 5 matça çıxıb.






