"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sandıqdan çıxsam neylərsən?

08 Oktyabr 2015 - 01:54
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

 

Sədaqət xalanın məni həyəcanlı səslə çağırmağından, sonra isə  “divardan keç, gəl” işarəsindən anladım ki, qonşumgildə yenə fövqəladə vəziyyətdir. Onsuz da, bu divar bizim aramızda simvolik işarət daşıyırdı, di gəl ki, Sədaqət xalanın bir neçə dəfə elədiyi “aradan qapı qoyaq” təklifinə, avropalı həmsədrlər demiş, “tərəflər isti yanaşmamışdı”. Məhi kişi demişdi, “həyətin bir qapısı olar”. Di gəl, belə vaxtlarda, divardan atdanmaq bizim köhnə adətimiz idi.

 

Yayın payızla ilk təmas etdiyi vaxtlar idi. Bu vaxtlar kəndlərdə böyük bir dilemma yaşanır: yayda həyətə qoyulmuş stolu yığışdırmalı, yoxsa yox? Hər an yağış yağma ehtimalını nəzərə alan camaat yay qurtaran kimi bu çətin sualın əlində girinc olur. Qonşumgildə də vəziyyət eyni idi. Həyətdə, böyük heyva ağacının altındakı stol hələ ki, dururdu, amma vay o durmağa. Nə üstündə örtüyü vardı, nə də yanında stullar. Stolun ətrafında isə Sədaqət xalanın iki oğlu ayaq üstəcə durub, qabaqlarındakı nəlbəkisiz stəkandan çay içirdilər. Elə bu görüntü bilməyə bəs edirdi ki, qonşumun sıxıntısı oğlanları ilə bağlıdır.

 

– Gəl , ay məllim, gəl, bunları başa sal. Gəl, gör nə danışır yenə bunlar? Məni də dədələrinin yanına göndərməsələr əl çəkmiyəcəklər, (itin balaları).

 

Bəli, qonşum söyüşü ürəyində elədi, amma mən yaxşı bilirdim ki, bu cümlələrin o söyüşsüz heç bir dadı duzu qalmır. Di gəl, Məhi kişi rəhmətə gedəndən sonra Sədaqət xala heç gizlində də uşaqların dədələrini söymürdü.

 

– Nə olub, ay arvad, niyə yenə aləmi qatmısan bir-birinə? Neyləyiblər?

– Ta neyləyəcəklər? İkisinin da başına hava gəlib. Sən hələ bu ağıllımıza bax (əliylə qardaşların böyüyü Bağırı göstərir). Deyir, deputat olacam! Bu birisi də ondan betər. Neçə gündü yenə başlayıb: “Get mənə söz al…”

 

Hə, məsələnin motivləri aydın idi. Bağır çoxdanın “siyasətçisi” idi. Neçə dəfə seçkilərdə müşahidəçi-filan kimi iştirak etmişdi. Guya müxalifətçi idi. Di gəl, hər seçkidən sonra başlayan hay-küy dönəmində, üzv olduğu partiyadan çıxır, ara sakitləşən kimi də ya elə o partiyaya qayıdır, ya da başqasına üzv olurdu. Hətta bir neçə dəfə Bakıda çıxan qəzetlərdə adı, şəkli də çıxmışdı – “Rayon fəalları bizim partiyaya keçdi” – tipli başlıqlarla.

 

Tağıya gəldikdə isə qara sevdaydı onunku. Özdə lap uşaqlıqdan. Bir dəfə soruşmuşdum ki, ən böyük arzusu nədir? Gözlərini qıyıb, məlum səmtə tərəf uzun uzadı baxıb demişdi: “Yekə bir sintezator almaq, dinamiklərini də qızgilin evinə tərəf qoymaq”.

 

Musiqiçi istedadı vardı, indi də elə toylarda oxumaqla dolanırdı.  Di gəl, məsələ bu idi ki, qonşum çətin yerə ilişmişdi. Qızın atası o vaxt kəndin icra nümayəndəsi idi, indi biraz da böyüyüb rayona başçı olmuşdu.

 

– Mənim dərdimə bax, a kişi! Günümə, dirliyimə bax! İki uşağın ikisinin də başı xarab olub. Biri deputatlıq eşqinə düşüb, o biri də “iraykom” qızı istiyir!

 

Sədaqət xala bir dəqiqənin içində stola örtük də sərmişdi, stulları da gətirmişdi. İndi də əlində mənə çay gətirə-gətirə deyirdi bu sözləri. Yazıq arvadın ümidi mənə idi, gərək ümidini qırmayam. Ta neyləmək olar, başlayaq, görək nə çıxır…

 

– Ayə, nə deputatlıq sevgisidi bu, ay kişi?

– Niyə olmasın, ay məllim? Rayonda məni tanıyan nə qədər adam var gör?! Məndən yaxşını seçəcəklər?

– Yaxşı, hər şey bir yana, axı sən yaxşı bilirsən bizim deputatımız kimdi. Heç olarmı ki, Hacı Tapar seçilməyə?

– Maraqlanmışam məllim, onu “vurmaq” istiyirlər bu dəfə. Mənim namizədliyimi verməyim, elə hökumətə də sərf edəcək. Baxma da, mən səs toplaya bilərəm axı. Qaldı da ki, olsun da, qoy desinlər, “Bağırın rəqibi filankəsdir!”. Gör necə yaxşı səslənir e: “Kəndçi oğlu Bağır, Hacı Tapara qarşı”

– Yaxşı, bəs pul-paranı hardan tapacaqsan? – Gördüm alınmır, qonşumu zəif nöqtəsindən vurmağa çalışdım.

– O da asandı, məllim. Qərb ənənələrindən istifadə edəcəm. İanə toplayacam. Kimin qəlbindən nə qopur versin.

 

İstədim deyəm, “sən o yanındakı gözəl qızın canı…” sözlərini unutma pul istəyəndə, bu üsul üçün bu sözlər açar sözdür. Demədim, dedim, başa düşər, xətrinə dəyər.

 

– Yaxşı, şüar nə fikriləşmisən?

– Hələ tam fikirləşməmişəm. Amma yaxşı bir cavanlıq şəklim var, onu verəcəm, yanında da adımın baş hərflərindən düzəldilmiş sözlər. İndi ən modda olan odu.

 

Daha saxlaya bilmədim özümü. Necə qəhqəhə çəkdimsə, Sədaqət arvad da, Tağı da səbəbini bilmədən mənə qoşuldu.

 

– Ay sənin oyunun olsun, qonşu. Sənin adın cəmi cümlətanı beşcə hərfdir, onun da ikisi ilə bizim dildə söz başlamır eee…

 

Bağır necə qaşqabağını sallayıb susdusa, dedim, ta bitdi bunun işi, döndüm Tağıya.

 

– Sən danış görüm, yenə xeyir ola? Uşaqlıqdan düşübsən dalınca, görürsən ki, sənə yaxınlıq vermir. Niyə bu yazıq arvadı boş yerə xalqın qapısına göndərmək istəyirsən? O da ya evə buraxalar, ya yox. Onlar bizə tay adam deyil axı, rayonun yiyəsidi, imkanlıdı…

 

– Yox e, qonşu. Qızın rayı var.

– Nə rayı? Nədən bildin? Necə hiss elədin?

– Odey, o gün toyda girdi oynamağa. Mən də bilərəkdən, “Sandığa girsəm neylərsən?”i oxumağa başladım. Bir sındırdı ki, gəl görəsən! Bax, razı olmasa, o mahnını niyə oynasın ki? Özü də gülürdü!

 

Söz bu yerə çatanda, Bağır birdən ayağa durdu. Əlini-əlinə vurub dedi:

 

– Tapdım, məllim, tapdım! Şüarım “Sandıqdan çıxsam, neylərsən?” olacaq. Bilirsən axı, Türkiyədə seçilməyə “sandıqdan çıxmaq” deyirlər. Beləcə, həm rəqiblərimə gizli mesaj verəcəm, həm də yeni şüarla, xalqın sevgisini qazanacam.

 

Əl çəkmədim, bir xeyli izah elədim ki, sən camaata deməlisən ki, sandıqdan çıxsan neyləyəcəksən. Sən də ki, ay bəxtəvər, nə eləyə bilərsən axı? Pulun yox, paran yox, vəzifən yox…

 

Söhbətimiz  lap ATƏT-in həmsədrlərinin iclasına dönmüşdü. Heç bir razılıq əldə olunmadı. Axırda heç olmasa bunlardan birini dayandırmaq üçün “priyom” işlətdim. Dedim, indi onsuz da seçki qabağıdır. Belə vaxtlar vəzifəli adamlar üçün məhərrəmlik kimi bir şeydir, heç bir işə başlamazlar. Ağlına batdı. Danışdıq ki, seçkidən sonra elə bu tərkibdə, burda görüşək. (Bax bu, əsl həmsədr toplantısı oldu ha!)

 

Seçkinin səhərisi günü xəbər çıxdı ki, Sədaqət xala demiş, “iraykomun qızını” prokurorun oğluna nişanlayıblar. Divardan atılıb keçdim qonşuya. Heyva ağacının dibindəki stol yox idi, əvəzində Tağı həyətin o başından bir kötük gətirib qoymuşdu, üstündə oturub siqaret çəkirdi. Bağırsa həyətin o başında, mobil telefonla xısın-xısın danışırdı. Danışığını bitirib, mənə tərəf gəldi. “Mən demişdim” sözündən zəhləm gedir. Di gəl, başqa necə başlayasan axı, söhbətə? Sağolsun Tağı, başa düşən oğlan imiş, qoymadı heç ağzımı açım.

 

– Cəhənnəmə getsin, gora getsin. Heç vecimə də deyil. Özü də indiyəcən demirdim e, məllim. Mən o qıza neçə dəfə göz vurmuşam. Hələ bir dəfə də toydan gedəndə qaranlığa salıb…

 

– Dayan görək, a kişi. Ta yaxşı, nə olub-olub, xalqın qızıdı, hətta xalqın nişanlısıdı, yaraşmaz axı.

Yaxşı, Bağır sən nə deyəcəksən? Mən sənə dedim axı…

Sözümü hirs hikkəynən elə kəsdi ki, elə bil, mənim yaratdığım qrup vermişdi bunun namizədliyini.

– Bilirsən necədi, məllim? Elə mən də …

 

Sədaqət xalanın əsəbi tonda müdaxiləsi Bağırın sözünü ağzında qoydu.

– Kəsin ayə, barı ta indi dinmiyin, it balaları! (Bu dəfə ucadan, həm də xüsusi şövqlə söydü).

 

Amma düzünü deyim, hələ də mənə qaranlıqdı. Bağır o cümləni necə bitirəcəkdi?

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neftin bahalaşır, Rusiya rublu möhkəmlənir

Next Post

“Ay səni dovşan yesin!” – HEKAYƏ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Ay səni dovşan yesin!” - HEKAYƏ

5 milyard 94 milyon - Vergilər nazirliyindən büdcəyə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.