Araşdırmalar, saqqızın bədən çəkisinin normal saxlanılmasına yardımçı olduğunu, fokuslanmağı, oyanıqlığı və konsentrasiyanı artırdığını isbata yetirib. Saqqız ucuz və aşağı kaloridir. Şəkərli saqqız təxminən 5-10 kaloridir. Saqqız iştah idarəsinə də kömək göstərir.
Günorta yeməyindən əvvəlki üç saatlıq zaman dilimində bir saat arayla 15 dəqiqə saqqız çeynəyən şəxslər, heç saqqız çeynəməyənlərə nisbətdə günorta yeməyində 36 kalori daha az enerji qəbul etmiş olur ki, bu da arıqlamağa gətirib çıxarır.
Mütəxəssislər saqqız çeynəmənin 3 saatda 11 kalori yandırdığını ifadə ediblər.
Bundan əlavə saqqız gərginliyi və stressi azaldır, bir çox idmançı və məşqçiləri oyun əsnasında sakit qala bilmək üçün məhz saqqız çeynəyirlər.



