Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan İrəvan Ağsaqqallar Şurasının seçkilərində iştirak etməyəcək.
Elchi.az NEWS.am-a istinadən bildirir ki, bu barədə üçüncü prezidentin ofisindən məlumat verilib.
“Prezident Dzoraqbyurda yaşayır, o, Yerevan sakini deyil, ona görə də Yerevan Ağsaqqallar Şurasının seçkilərində iştirak etmir”, – deyə Sarkisyanın ofisinin məsul şəxsi Meri Arutyunyan bildirib.
Yeganə




