Ermənistanın dördüncü prezidenti Armen Sarkisyan Fransa prezidenti Emmanuel Makronu Respublikanın milli bayramı münasibətilə təbrik edib.
Elchi.az bu barədə News.am-a istinadən bildirir.
Sözügedən məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Hörmətli Emmanuel,
Fransanın milli bayramı münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin sədrliyiniz altında Fransanın qlobal və daxili çağırışlara qarşı irəliləyişinin şahidi olmaqdan məmnunam.
Siz müstəsna möhkəmlik və qətiyyət nümayiş etdirdiniz, ölkənin tərəqqisinə olan baxışınız və öhdəliyiniz çoxları üçün əsl ilham mənbəyidir.
Ölkəmə olan sarsılmaz dəstəyə və dostluğa görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Regionumuzda sülhün və sabitliyin təşviqi istiqamətində göstərdiyiniz səylər, eləcə də Ermənistana şəxsi fədakarlığınız həqiqətən əhəmiyyətlidir.
Sizə və fransız xalqına sevinc və milli qürurla dolu bayram arzulayıram”.
Yeganə






