Ermənistanın Müdafiə Nazirliyi orduya yararsız gəncləri məcburi qaydada hərbi xidmətə cəlb edir. Xəstə və yararsız gənclər daha çox Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilir.
Bu barədə əsgər valideynləri məlumat verib.
10 gün əvvəl cəbhə xəttində ağır yaralanmış 21 yaşlı erməni əsgər
Ovanes Poqosyanın ailəi üzvləri “news.am” saytına bildirib ki, onun hərbi xidmətdən öncə ciddi problemlər olsa da, məcburi qaydada orduya çağrılıb.
Ovanes Poqosyanın xroniki qastrit, dalaq genişlənməsindən əziyyət çəkirmiş. Buna baxmayaraq o, hərbi xidmətə çağrılıb və dərhal cəbhə xəttinə göndərilib.
Qeyd edək ki, O. Poqosyan xidmətə ötən il başlayıb və iki dəfə yaralanıb. Birinci dəfə yarası yüngül olsa da, növbəti dəfə güllə onun başından dəyib. Hazırda komada olan əsgər iki dəfə əməliyyat edilib.
Erməni KİV-lərində yer alan məlumatlara görə, əsgər çatışmazlığından əziyyət çəkən Ermənistan rəhbərliyi muzdlularla yanaşı, hərb xidmətə yararsız gəncləri orduya çağıraraq döyüş bölgəsinə göndərir.




