Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasını bu gün fövqəladə toplantıya çağırıb.
Erməni mətbuatı xəbər verir ki, toplantıda münaqişə zonasında mövcud vəziyyət müzakirə olunacaq.
Xatırladaq ki, artıq Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunda təmsil olunan digər tərəfdaşları ilə məsləhətləşmələrə başlayıb.
Bundan başqa ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı məsələni müzakirə etmək üçün gələn həftə Vyanada iclas keçirəcək.



