Ermənistan prezidenti Serj Sarkisyan Varaşavada keçirilən NATO sammiti başa çatandan sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.
Bu barədə Ermənistanın `Qraparak` qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Sarkisyan iyulun 16-da Qarabağa səfər edəcək. Erməni prezidentin Qarabağda hərbi birləşmələrinin mövqelərinə baş çəkəcəyi, müvafiq tapşırıqlar verəcəyi gözlənilir.




