"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sarkisyanın indiyədək görmədiyiniz portreti – Yas yerindən reportaj

04 Dekabr 2014 - 12:56
in KÖŞƏ YAZILARI

Bu əsəri çəkmək üçün nə qədər “boya” işlətdiyimi dəqiq ifadə etməkdə acizəm. ibo_1396650780
Hər şeyin olduğu kimi göründüyü yeri tapmayanda əsl həqiqət səhnə arxasında gizlənir; ilk dəfə üz-üzə gəldiyin rənglər və onların naməlum çalarları əməlli-başlı heyrət doğurur.

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Maraqlıdı: nə irəli yol var, nə də geri. Xaotik cizgilərin inadkarlığı adamı son anadək ayaqda saxlayır; qarşındakı qıfılın açarı fasiləsiz gərginlik, davamlı müqavimətlə eyni statusu bölüşür.
Mən günəşli səhərləri, işığı sevirəm, inanın, ancaq hər tərəfin zülmət qaranlığa yenildiyi yerdən başlayıramsa, deməli, buna məcbur edilmişəm…

***
Şekspir həyata teatr səhnəsi kimi baxırdı. Bu möhtəşəm bənzətmənin tarix kitabındakı yeri-yurdu zamanla sığortalanıb: ta o vaxtdan indiyədək gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlərlə – reallıqla çiyin-çiyinədi.
Ancaq mənim təqdim etdiyim səhnədə reallıq öz mövqeyini utopiyaya ərməğan edib, hələ 16-cı əsrdən üzü bu yana insanları məharətlə aldada-aldada gələn utopiyaya. Bunun könüllü, ya könülsüz baş verdiyini aydınlaşdırmağa çətinlik çəkirəm. O üzdən sinirlərimin gərildiyi bir məqamda öz köməyini əsirgəməyən köhnə dostumu – Spinozanı dərin minnətdarlıq hissilə alqışlayıram: “İnsanları hər şeydən çox ağrıdan reallıqdır…”
***
Diqqət! Biz Yerevanın mərkəzində, Müqəddəs Saris kilsəsindəyik. Burada – Allahın insanlara ən yaxın olduğu məkanda dünyanın ən böyük yalanı yaşanır. Həqiqətin qulaqbatıran hayqırtısı Yaradanla yaradılanlar arasındakı keçilməz uçurumda əks-səda verir. Lakin Tanrının öz evində onun iradəsinə qarşı çıxanlar bunun fərqində deyillər…
BELƏLİKLƏ:
REALLIQ və UTOPİYA – bu, bir-birinin çağırışına səs verməyən, daban-dabana zidd iki aləmin təmas xəttində – mənim səhnəmdə üç tabut üç nida kimi yan-yana düzülüb: mənəvi dəyərlər maddiyyatın kölgəsində, ayaqlar altında tapdanır. O üzdən hətta tabutlara sərilmiş bayraqlar da bu günədək yaşananların məzmununu, vurğusunu dəyişməkdə acizdi. Çünki o bayraqlardakı rəmzlər – xristianlıq və sülhsevərlik indiki məqamda yerinə düşməyən söz kimidir – dəyərini çoxdan itirib…

***
Bilirəm, tarix unutqandı, ancaq nə qədər unutqan olsa da, müqəddəs dəyərlərin qətl günlərini yaddan çıxarmaq zorunda deyil. Harada dayanırsansa dayan, hara baxırsansa bax, gördüyün və anladığın bu həqiqət özünü sənə dərhal tanıdacaq; müqəddəs dəyərlərin qətl günləri tarixin yaddaşına heç vaxt adi mürəkkəblə yazılmayıb, həmişə insan qanı ilə yazılıb, özü də günahsız yerə öldürülən insanların qanı ilə…
Mənim kifayət qədər ŞƏHİDlərim və ŞAHİDlərim var. Ancaq onlardan yalnız birini – Tomas de Vaalı seçirəm. O, həmyaşıdım və həmkarımdır. Bizi bir-birimizdən yalnız məkanımız və inanclarımız ayırır. Ancaq bu fərqli məkanı, fərqli inancları eyni məxrəcdə birləşdirən və doğmalaşdıran çox ciddi bir məqam var: hər ikimiz həqiqət axtarışındayıq.

Mən Tomasa Dumanlı Albionda insanlığını və sənətinə sədaqətini qoruya bildiyi üçün minnətdaram. Amma bu, azdı, çox az!..
Mən Tomasa həm də mənim səhnəmdə – Müqəddəs Saris kilsəsində özünü ətrafındakıların rəhbəri kimi təqdim edən şəxsə – Serj Sarkisyana ünvanladığı suala görə borcluyam:
– Ser, Xocalı soyqırımı haqqında nə düşünürsünüz?
Diqqət! Bu, gözlənilməz sualdı! Bu isə gözlənilməz sualın gözlənilən cavabı:
– Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa, bu stereotipə son qoyduq. Baş verən hadisə də bu idi…

Yox, baş verən hadisə bu deyildi, Serj, kökündən yanılırsan!
Sən1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrin komandanı olmusan, onları təşkilatlandırmısan, yüzlərlə dinc insanın ölüm hökmünü vermisən, soyqırımında birbaşa iştirak etmisən. Bununla da, nəinki Tanrının, hətta Tanrıdan milyonlarla verst aşağıda baş verən müharibənin ən adi hökm və qanunlarına xəyanət etmisən. Bu gün Xocalıda qanına qəltan etdiyin körpə uşaqların ruhu qarşısında ittiham olunmadığına görə sevinə bilərsən, ancaq Tanrıya nə sözün! Tanrının mühakiməsindən yaxanı qurtara biləcəksənmi!
Bu sualın cavabını sənin öz öhdənə buraxıb, daha vacib, daha əhəmiyyətli məqamların “rəsmini” çəkmək istəyirəm. Həmkarım Tomasın üç-dörd kəlməsi tarixin belə görmək və barışmaq istəmədiyi Xocalı adlı faciəyə elə bir ilahi işıq salıb ki, sənin siyasi, ictimai, mədəni, əxlaqi baxımdan nə qədər gerizəkalı olduğunu görməmək üçün hətta kor olmaq belə azdır!..
Düzdü, yalana öyrəşmiş dilinlə Azərbaycan xalqının nə qədər yüksək mənəvi dəyərlərə sahib olduğunu hətta bilməyərəkdən belə ifadə etməklə məni təəccübləndirə bilməzsən, lakin azərbaycanlıların ermənilərlə bağlı düşüncələrində yanıldığını bəyan etməklə hər iki toplumun mental coğrafiyasını son dərəcə zərgər dəqiqliyilə çəkmisən.
Bəli, əlisilahlıların dinc əhaliyə güllə atmayacağına inanan Azərbaycan XALQI bununla öz düşüncəsini, öz mənini, öz əxlaqını, öz mədəniyyətini, öz simasını ortaya qoyur! Bəs bunun qarşılığında sənin xalqın neynir, Serj!? Bunun qarşılığında sənin xalqın da öz düşüncəsini, öz mənini, öz əxlaqını, öz mədəniyyətini, öz simasını göstərir: südəmər körpələrin başı kəsilir, 2-3 yaşlı uşaqlar süngüdən keçirilir və bu, əsl “qəhrəmanlıq” rəmzinə çevrilir, lakin onların qəzəbi yenə soyumur: bu dəfə hamilə qadınların diri-diri bətni yarılır; bu dəfə hamilə qadınların bətnindəki körpələr sapand “daşına” dönür!..
Bütün bunları mən demirəm, Serj, sən deyirsən, sən!..
Bütün bunları deməklə erməni xalqının əsl simasını ortaya qoyan da sənsən, indi burada – Müqəddəs Saris kilsəsində, ölmüş pilotun övladına medal təqdim edən də sən.

Süni kədərinlə, yalançı inamınla, saxta imanınla dayandığın səhnənin pərdəsini çəkməkdən, görürəm, özünü zorla saxlayırsan. Ancaq bu istəyin arxasında da etdiyin günahların acı etirafları, vicdan əzabı dayanmır. Çünki o uşağın göz yaşlarının səndən ötrü bir gölməçə suyu qədər dəyəri yoxdur. Əksinə, səni bezdirən, sənin zəhləni tökən o uşağın aramsız hıçqırtılarıdır! Axı onun atasını da sən ölümə göndərmisən; onu da sən öldürmüsən!
Sən qatilsən, Serj, məmur mundiri geyinmiş peşəkar qatil!..

***

O vaxtdan Tanrının “qara siyahısına” öz adınla birgə, arxanca apardığın, killerə çevirdiyin yüzlərlə adamın adını yazmısan! Lakin basdırdığın həqiqətlər zamanın amansız reallıqları qarşısında daha tab gətirmir, asta-asta üzə çıxır. İndi sənin sıranda, sənin ölkəndə yaxşı adamları pis adamlardan ayırmaq əsl müşkülə çevrilib.
Etiraf edirəm, növbəti iddiamın müəllifi mən deyiləm, hələ bizim eradan əvvəl deyilmiş bu cümlənin altında Antisfenin möhtəşəm imzası dayanır: “Dövlət o vaxt məhv olur ki, artıq yaxşı adamları pis adamlardan ayıra bilmirlər”.
Bunu sən də dolayısıyla etiraf edirsən. Ancaq bu dəfə Tomas de Vaalın yox, gənc jurnalistlərin qarşısında: “Ermənistanın əksər vətəndaşları ədalət çatışmazlığı və ya qanunun aliliyinin olmamasına görə ölkəni tərk edirlər”.
Bilirsən niyə? Bilmirsənsə, qoy mən deyim. Çünki:
1. Sən o adamlardansan ki, yuxarı dırmaşandan sonra ürəyindən keçən ilk şey aşağı tüpürmək olub;
2. Ermənistan elə bir ölkədir ki, orada adamı cinayətdə ittiham etmək istəsən, dəlillərin hamısını cənazə ilə birgə 54 drama ala bilərsən;
3. Xalq sənin siyasi ayağısürüşkənliyinə, hərbi cinayətlərinə görə cavab vermək niyyətində deyil.
Elə ona görə də Ermənistanı dünyada səndən çox, Kim Kardaşyana görə tanıyırlar…

***
Beləliklə, mənim səhnəmdə – Müqəddəs Saris kilsəsində üç tabut üç nida kimi yan-yana düzülüb. Bu nidaların məntiqi yükünü görməyənlər o tabutların boş olduğunu iddia edənlərdir. Fərqli qənaətimlə kimisə təəccübləndirmək, heyrətə gətirmək niyyətində deyiləm. Amma…
Hər qırılan ümid – bitən bir ömürdür.
Mən ümidlərin xəzan vurmuş yarpaq kimi öz budağından necə zülüm-zülüm üzüldüyünü çox görmüşəm.
Beləsini heç görməmişdim…
Sən neynədin, Serj!..
Süni ümidinlə, yalançı inamınla, saxta imanınla o tabutlarda erməni xalqının həqiqi inamını, gerçək ümidini dəfn etdin!
Ümidlərin dəfn olunduğu yerdə isə heç nə cücərmir…

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrandan Gürcüstana narkotik daşıyanlara hökm oxundu

Next Post

Ramiz Mehdiyev Rauf Arifoğlundan sitat gətirdi – reaksiya

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Ramiz Mehdiyev Rauf Arifoğlundan sitat gətirdi – reaksiya

Ərdoğan Putinin təklifini qəbul etmədi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.