Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın, “Fleş” şirkətinin sahibi Barseq Beqlaryanın, Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin keçmiş rəisi Gevorq Arutyunyanın işi üzrə məhkəmə iclası keçirilib.
Elchi.az xəbər verir ki, İrəvan şəhər ümumi yurisdiksiya məhkəməsi prosesi yenidən təxirə salııb.
Buna səbəb avqustun 25-də keçirilən məhkəmə iclasına şahid Sevan Köçəryanın gəlməməsidir. Növbəti məhkəmə iclası sentyabrın 8-də olacaq.
Qeyd edək ki, bu iş üzrə müttəhimlər Serqo Karapetyan və Samvel Qalstyan koronavirusdan ölüblər.
Xatırladaq ki, ittiham aktına əsasən, eks-prezident Serj Sarkisyanın təşkilatçılığı, “Fleş” MMC-nin sahibi Barseq Beqlaryanın təhriki ilə kənd təsərrüfatı nazirinin keçmiş müavini Samvel Qalstyan, nazirliyin şöbə müdiri Gevorq Arutyunyan və keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək olan müddətdə Ermənistanın ehtiyat fondundan 489,160,310 dram məbləğində subsidiyaları talan ediblər.




