Aprel döyüşlərindən sonar Ermənistanın Silahlı Qüvvələrində yüksək rütbəli generalların istefaya göndərilməsindən sonra ölkənin müdafiə naziri Seyran Ohanyanın da vəzifədən uzaqlaşdırılacağı gözlənilir. Bununla bağlı erməni KİV-lərində silsilə yazlar dərc olunurdu.
Ermənistanın “Jovohurd” qəzeti Ohanyanın vəzifəsindən qovulmaması ilə bağlı maraqlı yazı dərc edib.
Qəzet iddia edir ki, Müdafiə Nazirliyinin kluarlarında yayılan söhbətlərə əsasən aprel döyüşlərindən sonra prezident Serj Sarkisyanla nazir Seyran Ohanyan arasında gizli danışıq olub.
Danışıqlar zamanı Sarksyan Ohanyana Azərbaycan faktoruna görə, işdən çıxarılmadığını izah edib: “Sarkisyan bildirib ki, Azərbaycan faktoru nəzərə alınmaqla onu vəzifədən istefaya göndərmək lazım deyil, lakin müdafiə nazirinin ətrafı təmizlənməlidir”.
KİV qeyd edir ki, Seyran Ohanyanın istefası qarşı tərəfin əlində təbliğat vasitəsi ola bilər.
“Ohanyan ətrafında olan insanlarla öz gələcəyi barədə danışarkən vurğulayıb ki, özü istefa ərizəsi yazmaq niyyətində deyil”-deyə KİV vurğulayıb: “Əgər o, pis işləyirsə, qoy, onu vəzifədən prezident çıxartsın”




